“Gəncədəki aksiya hakimiyyətin planı ola bilər” - SİYASİLƏRDƏN ŞOK AÇIQLAMA

“Gəncədəki aksiya hakimiyyətin planı ola bilər” - SİYASİLƏRDƏN ŞOK AÇIQLAMA

Mirmahmud Mirəlioğlu: “Son hadisələr hakimiyyət insanlarımızın başını qatmaqla məşğul olduğu üçün baş verir”

Əli Əliyev: “Spontan tədbirin keçirilməsi hakimiyyətə yeni repressiyalara başlamaq üçün əsas verə bilər”

“Azərbaycanda təşkilatçısı bəlli olmayan və yaxud təşkilatçısı yalnız statuslarla müəyyənləşən hər hansı bir tədbirin baş tutacağına nəinki başqalarını inandırmaq olar, hətta o adamların özləri belə, buna inanmazlar”

Sosial şəbəkələrdə bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizəçisi Qasım Aşbazova odlu silahla atəş açan Yunis Səfərova dəstək aksiyası keçiriləcəyi haqda məlumat yayılıb. Aksiyanın saat 20.00-da Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında keçiriləcəyi bildirilir. Buna paralel olaraq hakimiyyətin aksiyaya əngəl olmaq üçün Gəncə ətrafına Daxili Qoşunların əsgərlərini cəmləşdirdiyi də söylənilir. Hansı ki, bu məqsədlə Bakıdan da xeyli sayda əsgər cəlb olunduğu vurğulanır.

Gəncədə nə baş verir? Aksiya təşəbbüsünün arxasında hansı məqsdələr dayanır? Bu suallara aydınlıq gətirmək üçün bir sıra siyasətçilərlə söhbətləşdik.

Похожее изображение

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun fikrincə, bu, Yunis Səfərova dəstəkdən daha çox, son zamanlar baş verənlərə hakimiyyətin münasibətidir: “İnanmıram ki, Azərbaycanda təşkilatçısı bilinməyən, “feysbuk”da bu və ya digər statuslarla, həqiqi və saxta profillərlə çağırış edib hər hansı bir tədbir keçirmək mümkün olsun. Amma son baş verən hadisələr - həm Mingəçevirdə baş verən partlayış, həm də Gəncədəki olay hökumətin, bu məsələdə uyğun strukturların hazırlıqlı göstərişi və məsələləri ört-basdır etməsidir. Yəni bunlar diqqəti yayındırmaqdan başqa bir şey deyil. Azərbaycanda təşkilatçısı bəlli olmayan və yaxud təşkilatçısı yalnız statuslarla müəyyənləşən hər hansı bir tədbirin baş tutacağına nəinki başqalarını inandırmaq olar, hətta o adamların özləri belə buna inanmazlar”.

Bu aksiya ilə kimlərisə cəzalandırılmaq üçün zəmin hazırlandığını iddia edən KXCP sədri, son zamanlar baş verənlərin daha öncədən təxmin edildiyini də vurğuladı: “Hakimiyyət növbədənkənar prezident seçkiləri təyin edən zaman verdiyi şərhdə bu məsələni açıq-aydın bəyan eləmişdi. Camaat bunu unudub. İnsanlarımızın yaddaşı dərin deyil, hadisələr sürətlə inkişaf edir deyə, bu məsələ unudulub. Amma, xatırlayırsınızsa, fevral ayının əvvəllərində sərəncam verilən kimi, məmurlar seçkinin növbədənkənar keçirilməsinin, bu haqda sərəncam verilməsini Azərbaycan Cümhuriyyətinin 100 illiyi, tədbirlər planının çoxluğu, məhsul bayramı və s. kimi səbəblərlə əlaqələndirdilər. Bir arqument də o idi ki, seçki payıza qalsa, nəsə baş verə bilər və bu, seçkiyə mane olar, seçkilər zamanı hər hansı təxribatlar gözlənilir, daxildə və xaricdə seçkiləri pozmaq cəhdləri var və s. İndi həmin o unudulan məsələləri yada salır, “payızda seçkilərin keçirilməsinə mane olacaqdılar” fikrinin yanlış olmadığını sübut etmək üçün bir şeylər uydurmalı, bir şeylər eləməlidirlər. Fikir verin, Gəncədə Azərbaycan hakimiyyətinin öz adamlarından başqa sabahkı (bu günkü – müəl.) mitinqdə kimsə iştirak etməyəcək. Ona görə ki, heç bir siyasi dəstək yoxdur. Azərbaycanda artıq formalaşmış bir qayda var. Siyasi partiyalar təşkilində iştirak etmədikləri tədbirdə hətta dəvət olunanda belə qonaq kimi iştirak edirlər. Təşkilatçısı olmayan tədbirlərdə kimsə iştirak eləmir. Ona görə də orda kimsənin iştirakı sual altındadır. Bu, hakimiyyətin planı ola bilər və onların əvəzində nə siz, nə də mən düşünməli, onlara yeni mövzu verməli deyilik. Bir sözlə, bu hadisələr hakimiyyət insanlarımızın başını qatmaqla məşğul olduğu üçün baş verir”.

“Mingəçevir İES-də baş verən hadisə yanğın deyil, təxribatdır” - ƏLİ ƏLİYEV

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də Gəncənin girəcəyində Daxili Qoşun əsgərlərinin toplandığını deyib: “Aldığım məlumata görə, bu gün (dünən – red.) 30-a yaxın şəxs həbs olunub. Amma sabah (bu gün – red.) nə baş verəcəyindən xəbərim yoxdur. Hesab edirəm ki, bu cür spontan tədbirin keçirilməsi hakimiyyətə yeni repressiyalara başlamaq üçün əsas ola bilər”.

Hurriyyet.org

Loading...

QALEREYA