GENERAL VİLAYƏT EYVAZOVA MÜRACİƏT – “Mənim və ailə üzvlərimin təhlükəsizliyi...”

GENERAL VİLAYƏT EYVAZOVA MÜRACİƏT – “Mənim və ailə üzvlərimin təhlükəsizliyi...”

Sabunçu rayonu Yeni Ramana qəsəbəsində (Araz marketin yanı) yaşayan Məmmədov Süleyman Cəlal oğlu Daxili İşlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazova müraciət edib. Hurriyyet.org həmin müraciəti olduğu kimi dərc edir:

“Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini general-leytenant V.Eyvazov cənablarına. Sabunçu rayonu Yeni Ramana qəsəbəsində (Araz marketin yanı) yaşayan Məmmədov Süleyman Cəlal oğlu tərəfindən Tel: (050) 365 95 47; (055) 527 39 72

MÜRACİƏT

2017-ci ilin aprel ayında Suraxanı rayonu Ramana qəsəbəsi, Samir Əliyev küçəsində Təbib Aslanov adlı vətəndaşdan, oğlum Məmmədov Altay üçün, razılaşma yolu ilə, hissə-hissə ödəmə şərtilə, 20000 (iyirmi min) manata iki otaqlı, ümüm sahəsi 40 kv.m olan ev almışam. Sonradan 20 kv.metrlik bir otaq da özüm tikmişəm və həyətimi hasara almışam. 7-8 dekabr 2017-ci il tarixdə Təbib Aslanov qaynı Cahid adlı şəxslə məni görüşə çağırıb və evi tərk etməyimi tələb ediblər. Mən isə evimin 30000 (otuz min )manat qiyməti olduğunu, heç olmasa, mənim çəkdiyim 17500 (on yeddi min beş yüz ) manatlıq xərcimin ödənilməsi qarşılığında bunun mümkünlüyünü bildirmişəm. Cahid və Təbib məni "pis olacağ”ı ilə təhdit etdikdən sonra ayrılmışıq.

27.12.2017- ci il tarixdə yenidən Təbib Aslanov məni, "Kəbleyi Tahir", "lotu Tahir", "avtoritet Tahir" adlı şəxslə birlikdə "söhbəti bağlamaq" üçün görüşə çağırıb. "Söhbət" zamanı "Kəbleyi" Tahir mənim 17500 (on yeddi min beş yüz ) manat pul xərclədiyim evə 15000 ( on beş min) manat qiymət kəsib, özü aldığını bildirib. Mən sonradan mənə və övladıma qarşı yaradıla biləcəyi təhlükələri nəzərə alaraq razılaşmışam. Tahir ilk olaraq 5000 ( beş min )manat verib və 2-3 gün müddətinə qalan 10000 (on min )manatı ödəyəcəyini bildirib.

Lakin 7 yanvar 2018-ci ildə Tahir mənimlə görüşüb və 4400 ( dörd min dörd yüz ) manat verib, qalan 5600 ( beş min altı yüz )manatı da 2-3 gün ərzində çatdıracağını bildirib.

24 yanvar 2018-ci il tarixdə Ayət adlı səxs mənə zəng edib, "kəbley"inin qardaşı olduğunu bildirib və görüşmək istədiyini deyib. Saat 17.00 radələrində Ayət adlı şəxs Təbiblə birlikdə mənimlə görüşüb, Tahirin 5000 ( beş min ) manat göndərdiyini və sabah evi tərk etməyimi tələb ediblər. Mən isə, Tahirin 5600 ( beş min altı yüz ) manat borcu olduğunu və köçmək üçün 3-4 gün vaxt istəmişəm. Bundan sonra Ayət pulu cibinə qoyub və "Tahir bilər sən bilərsən" deyib, Tahirə zəng edib. Telefon danışığı zamanı Tahir məni evimin divarlarını sökəcəyi ilə təhdid edib və ayrılmışıq.

Həmin gün 23.30 radələrində, oğlum ailəsiylə evində yatdığı zaman, Tahirin həyəti tərəfdən, oğlumun evi bərk döyülüb. 102 xidmətinə zəng edilib və Suraxanı polis bölməsi tərəfindən izahatlar alınaraq, işə xitam verilib. Dəfələrlə Təbib və arvadı Nailə, baldızı Arzu tərəfindən oğlumun evinə hücum edilib, ailə uşağı təhqir edilib və bu haqda da 102 vasitəsilə Suraxanı polis bölməsi tərəfindən aparılmış təhqiqat nəticəyə varmadan bağlanıb.

Cənab general leytenant V.Eyvazov!

Təbib Aslanov tərəfindən oğlumun elektrik xətti 25.01.2018 il tarixdən kəsilib, evdə yaşamaq dözülməz olub. 09.02.2018 tarixdə “Azərişığ”ın əməkdaşları evə elektrik xətti çəkmək istəyərkən, Təbib Aslanov və başına yığdığı Cahid, Müşfiq, Nailə və Arzu adlı vətəndaşlar ona hücum edib və dövlət işçisinin qanuni vəzifəsini həyata keçirməyə imkan verməmişlər. Və bütün bunlar, nə yazıq ki, sahə müvəkkili Elvin və 6 nəfər post patrul xidməti əməkdaşlarının gözü qarşısında baş verib.

Cənab General!

Mənim və ailə üzvlərimin təhlükəsizliyinin, oğlumun yaşadığı evə elektrik xəttinin verilməsinin və "lotu" Tahirdən mənə olan 8100 (səkkiz min yüz ) manat borcun alınıb mənə qaytarılması üçün sərəncam vermənizi Sizdən xahiş edirəm.

Göstərəcəyiniz diqqət və qayğı üçün öncədən təşəkkürümü bildirirəm.

Hörmətlə, S.C.Məmmədov”.

Hurriyyet.org

Redaksiydan: Mövzunu diqqətdə saxlayacağıq.

Loading...

QALEREYA