“Göl Əli” keçmiş məhkəmə sədrini niyə güllələyib? - QƏTLİN TƏFƏRRÜATI

“Göl Əli” keçmiş məhkəmə sədrini niyə güllələyib? - QƏTLİN TƏFƏRRÜATI

Keçmiş məhkəmə sədri, 1963-cü il təvəllüdlü Firudin Ələkbərlinin qətlinin təfərrüatı məlum olub.

Belə ki, Tovuz Rayon Polis Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, o, stansiyasının yaxınlığında yerləşən ofisinin yanında vurulub.

Cinayətdə günahlandırılan 1959-cu il təvəllüdlü, “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir.

İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə F.Ələkbərlinin iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb.

Belə ki, F.Ələkbərli iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib. Bir neçə dəfə keçmiş məhkəmə sədrinin istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi “Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan F.Ələkbərli orada ölüb.