Göyçayda icra başçısı ilə sahibkar arasında QALMAQAL

Göyçayda icra başçısı ilə sahibkar arasında QALMAQAL

“Göyçay Avtonəqliyyat" ASC-nin səhmdarları Arif Əliyevdən narazıdır, o isə icra başçısından prezidentə şikayət edib; “Bizi icra başçısı Mehdi Səlimzadənin zülmündən xilas edin”

Göyçay rayonunun bir qrup sakini tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. "Göyçay Avtonəqliyyat" ASC-nin səhimdarları olan şikayətçilər mətbuat vasitəsilə prezident İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edirlər. Onlar dövlətin əleyhinə iş apardığını iddia etdikləri "Göyçay Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin barəsində ciddi tədbirlər görülməsini xahiş edirlər:

“Məzuniyyət əvəzi kompensasiyamız ödənilməmişdir...”

“Biz uzun illərdir ki, ( təxminən 30-40 il ) "Göyçay Avtonəqliyyat" ASC-də işləyirik. Uzun illər burada işləməyimizə baxmayaraq, əmlak özəlləşdirilməsi zamanı bizə heç bir əmlak payı düşməmişdir. "Göyçay Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev avtobusları, texnikalaraı başqa-başqa şəxslərə öz şəxsi malı kimi satıb talan etmişdir. İşlədiyimiz müddətdə bizim əmək hüquqlarımız kobud şəkildə pozulmuşdur. Məzuniyyətə çıxmamışıq və istifadə edilməmiş məzuniyyət əvəzi kompensasiyamız ödənilməmişdir ki, bu, ümumilikdə yüz minlərlə manat pul edir.

2017-ci ilin mart-aprel-may-iyun-iyul aylarının əmək haqqımızı Arif Əliyev mənimsəyib, özümüzə verməyib. Bu cinayət əməli deyilımi? Bu müraciətin müəllifləri olan 300-dən çox haqqı tapdanmış insanı öz qanunusz əməlləri ilə hökümətdən narazı salmağa çalışan Arif Əliyevin bu əməlləri təxribatdır. Bizim hər birimizin səhmimiz olduğu halda, bu səhmdar cəmiyyətdən qazanan ancaq Arif Əliyevdir. Bizə səhmimizə görə qazanc verilməyib. Baxmayaraq ki, Arif Əliyev saxtakarlıqla "Göyçay Avtonəqliyyat" ASC-də kolxoz bazarı yaradıb, külli miqdarda gəlir əldə edir. Ancaq həmin gəlirdən biz səhmdarlara bir manat da olsun pul verməyib.

Saxta MMC oynuna əl atıb, başqasının adına "AVAND" adlı MMC yaradıb, "Göyçay Avtonəqliyyat " ASC ilə icarə müqaviləsi bağlayıb, kolxoz bazarı fəaliyyəti ilə məşğul olur. 5 ildir "Göyçay Avtonəqliyyat " MMC-də fəaliyyət göstərən kolxoz bazarından milyonlarla manat gəlir götürən Arif Əliyevin bizə gətirdiyi bəhanə budur ki, kolxoz bazarı onun deyil, "AVAND" MMC-yə məxsusdur , ona isə ayda 100 manat icarə pulu verir. Ancaq, yuxarıda qeyd etdiyimiz kimi, bu kolxoz bazarı saxta MMC oyununu quran Arif Əliyevə məxsusdur. Biz "Göyçay Avtonəqliyyat " MMC-nin səhmdarları buna görə də tələb edirik ki, bizə məxsus bu avtobazadan kolxoz bazarı çıxarılsın. Bu, bizim qanunu hüququmuzdur.

Gəlin baxın, bu kolxoz bazarında antisanitariya, özbaşınalıq, qanunsuzluq baş alıb gedir. Buna görə cəzalar tətbiq edilsə də, heç bir nəticə çıxarılmır. Çünki Arif Əliyevin barəsində heç bir təsirli tədbir görülmür. Azərbaycanın heç bir yerində belə özbaşınalıq olmayıb ki, avtobazanı kolxoz bazarı etsinlər. Bunu isə qanunları saya salmayan Arif Əliyev edib”.

Müraciəti imza atanlardan biri - Əliyev Ayaz Rafiq oğlu deyir ki, onu düz 5 ildir əmək müqaviləsi bağlamadan, əmək haqqı vermədən avtobus sürücüsü işlədən Arif Əliyev hər gün ondan 15 manat pul alıb: “Bu cinayət əməli deyilmi?”.

Mən İsakov Valeri Talxum oğlu 1979-cu il tarixdə Göyçay Avtobazasında avtomobil çilingəri işləmişəm.Avtobazada yerləşən təmir sexini Arif Əliyev qanunsuz olaraq uçurub dağıtmış kolxoz bazarı yaradıb pullar qazanır , mənim səhimim olsada divident ala bilmirəm bu cinayət əməli deyilmi ?

“Zəhmətkeşlərin işlədiyi avtobazanı kolxoz bazarı edib”

Digər şikayətçilər də qeyd edir:

“Mən Həmidov Bəxtiyar Həmid oğlu Əfqanıstan veteranıyam. 1986-cı il tarixdən Göyçay Avtobazasında avtobus sürücüsüyəm. Mənim də burada səhimim var, ancaq əldə edilən külli miqdarda gəlirdən qazanc ala bilmirəm. Bizə məxsus avtobusları Arif Əliyev satıb talan edib. Zəhmətkeşlərin işlədiyi avtobazanı kolxoz bazarı edib. Bu cinayət əməli deyilmi?

Mən Məhərrəmov Elbrus İmadəddin oğlu 1985-ci il tarixdən Göyçay Avtobazasında sürüsü işləmişəm. Burada mənim də səhimim var, nə qazanc verilməyib, nə də əmlak payı. İndiyə kimi məzuniyyətə çıxmamışam ki, bunun konpensasiyası verməyib.

Mən Rüstəmov Nazim Saday oğlu 1984-cü il tarixdən avtobazada işləmişəm, səhimdaram, ancaq qazanc ala bilməmişəm, hamısını Arif Əliyev kimi saxtakar mənimsəyir.

Mən Rəhimov Habil Musa oğlu 26 ildir Göyçay Avtobazasında sürücü işləyirəm. Səhmdar olsam da Arif Əliyev qazancımı mənimsəyir.

Mən Quliyev Abış Rəhman oğlu 39 ildir ki, Göyçay Avtobazasında sürücü işləmişəm. Səhmdar olsam da qazanc ala bilməmişəm.

Bizim tələbizim saxtakarlıqla zəhmətkeş insanların haqqını mənimsəyən Arif Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsidir.

Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib dövlətin əleyhinə iş aparan "Göyçay Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin barəsində ciddi tədbirlər görmələrini xahiş edirik. Xahiş edirik 100-dən çox insanın səhimdarı olduğu “Göyçay Avtonəqliyyat” ASC -nin nəzdində çirkab, antisanitariya içində fəaliyyət göstərən kolxoz bazarının fəaliyyətini dayandırasınız”.

Qeyd edək ki, məktuba aşağıdakı sakinlər imza atıb:

1. Quliyev Abş Rəhman oğlu Göyçay şəhəri 20 Yanvar küçəsi ev 69 sakini;

2. Rəhimov Habil Musa oğlu Göyçay şəhəri 28 May küçəsi ev 24;

3. Həmidov Bəxtiyar Həmid oğlu Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29 A mənzil 12;

4. Rüstəmov Nazim Saday oğlu Göyçay şəhəri Şəhriyar küçəsi bina 8 mənzil 48;

5. Məhərrəmov Elburus İmadəddin oğlu Göyçay şəhəri N.Nərimanov küçəsi ev 113;

6. Əliyev Ayaz Rafiq oğlu Göyçay rayonu Hüngütlü kəndi ;

7. Cəfərov Çingiz Qadir oğlu Göyçay şəhəri Qantəmir küçəsi döngə 7 ev 1;

8. İsakov Valeri Talxum oğlu Göyçay şəhəri Ü.Hacıyev küçəsi ev 41 əlaqə telefonu.

“İcra başçısı Mehdi Səlimzadənin göstərişləri ilə dəfələrlə bizə qarşı hücumlar təşkil olunub”

Maraqlıdır ki, eyni gündə “Göyçay-Avtonəqliyyat” ASC və “AVA-N” MMC-nin 200-ə yaxın işçisi adından da ölkə başçısına müraciət edilib. Müraciətdə qeyd olunur:

“Fəaliyyət göstərdiyimiz “Göyçay-Avtonəqliyyat” ASC və “AVA-N” MMC-yə (kənd təsərrüfatı bazarı) qarşı artıq 7 aydan çoxdur ki, Göyçay RİH-nin Başçısı Mehdi Səlimzadə, Göyçay Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mahir Abdurrahmanov, Göyçay Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səhliyar Mikayılov və digər yerli qurumlar bizim sərbəst sahibkarlıq fəaliyyəti ilə məşğul olmağımıza imkan vermirlər”.

Müraciətdə daha sonra bildirilir:

“Cənab Prezident İlham Əliyev!

İcra başçısı Mehdi Səlimzadənin göstərişi ilə dəfələrlə bizə qarşı hücumlar təşkil olunub və qarşıdurma yaratmağa cəhd edilmişdir. Faktiki olaraq Mehdi Səlimzadə bizim və ailəmizin taleyi ilə də oynamaqdan çəkinmir. O və ona tabeçilik göstərən yerli məmurlar Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, böhtan xarakterli tələblərlə çıxış edərək, bizim dolanışıq yerimiz olan bazarın fəaliyyətinə son qoymağı qərara alıblar. Artıq bu barədə şifahi xəbərdarlıqlar çatdırılır ki, “bizə qarşı gəlsəniz, hamınızı həbs edəcəyik”.

Deyilənlərə inanırıq! Çünki, indiyədək Göyçay rayonunda hər cür pisliyə imza atmış M. Səlimzadə nəinki bizi həbs etdirər, hətta güllələdər də! Amma onlar da bilsinlər ki, biz sahibkarlar da ailəmizin çörəyini hansısa harınlamış məmurlara güzəştə getmək niyyətində deyilik. Odur ki, bizə arxa-dayaq durmağı, qayğımıza qalmağı və ən əsası bizi Mehdi Səlimzadə zülmündən xilas etməyi Sizdən artıq dərəcədə xahiş edirik”.

RƏŞAD

Redaksiyadan: Mövzunu araşdıracağıq.

  • Hamısı
  • Loading...

    QALEREYA