Göz həkimləri Müşfiqabadda pulsuz müayinə keçirəcək - Səyyar klinika Qaradağda

Göz həkimləri Müşfiqabadda pulsuz müayinə keçirəcək - Səyyar klinika Qaradağda

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti tibbi aksiyasını fevralın 6-da Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə keçirəcək.

Hurriyyet.org AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarını aşkarlamaq, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir.

Qeyd edək ki, hazırda dünyada 300 milyondan çox insan müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA