ƏGƏR DOĞRUDURSA, YER YERİNDƏN OYNAYACAQ - AVROPADAN SURİYAYA GÖNDƏRDİLƏR

  • 2018-04-18 16:06:44
  • |
  • Dünya /

ƏGƏR DOĞRUDURSA, YER YERİNDƏN OYNAYACAQ - AVROPADAN SURİYAYA GÖNDƏRDİLƏR

Hurriyyet.org xəbər verir ki, Belçikadan olan üç şirkətin, lazımi icazəni almadan Suriyaya qadağan edilmiş kimyəvi maddə ixrac elədiyi iddia edilib.

Belçikanın tanınmış “Knack”jurnalının verdiyi xəbərə görə, Belçika gömrük məmurları üç şirkət barəsində ittiham irəli sürüblər.

2014-2016-cı illərdə lazımi icazəni almadan Suriyaya böyük miqdarda kimyəvi maddə ixracatı ilə məşğul olan üç flamand şirkəti məhkəməyə verilib. Anvers məhkəməsinin ilk iclasının mayın 15-də keçirilməsi planlaşdırılır.

İddiaya görə, şirkətlər sarin qazının hazırlanmasında istifadə edilə bilən izopropanol da daxil olmaqla, ümumilikdə Belçikadan Suriyaya 168 ton izopropanol, 219 ton aseton, 77 ton metanol və 21 ton diklorometanın ixrac ediblər.

Şirkət sahibləri isə icazə almalarının lazım olduğunu bilmədikərini, məhsulları uzun illər ərzində əməkdaşlıq elədikləri ortalarlına satdıqlarını və bu şəxslərin adlarının heç bir qadağan siyahısında olmadıqlarını bildiriblər.

Qeyd edək ki, 2013-cü ildə Kimyəvi Silahlar Konvensiyasının üzvü olan Suriyadan bütün izopropanol anbarını yox eləmək tələb edilmş, Kimyəvi Silahların Qadağanı Təşkilatı (OPCW) isə Suriyanın 133 ton izopropanolü məhv elədiyini bildirmişdi.

Hurriyyet.org

Loading...

QALEREYA