GƏRGİNLİK ARTIR: Pakistan Hindistanın hərbi təyyarəsini VURDU

  • 2019-02-27 12:01:09
  • |
  • Dünya /

GƏRGİNLİK ARTIR: Pakistan Hindistanın hərbi təyyarəsini VURDU

Hurriyyet.org xəbər verir ki, Pakistanın Hava Qüvvələrinə məxsus hərbi təyyarənin Hindistanın hava sahəsinə daxil olduğu və hind təyyarələrinin qarşısını aldığı bildirilib. Hindistana məxsus iki hərbi təyyarə vurulub. Vurulan hind hərbi təyyarələrindən biri Cammu Kəşmir bölgəsinə düşüb.

Pakistanı Hindistan ilə gərginliyi artırmaq istəmədiyini, lakin məcbur qaldığı təqdirdə hər şeyə hazır olduğunu bildirib.

Hindistan mediası isə, əksinə, hind ordusunun Pakistanın bir hərbi təyyarəsini vurduğunu iddia edib.

Xəbər verildiyi kimi, dünən Hindistanın döyüş təyyarələri (12 ədəd “Miraj 2000” qırıcısı) Kəşmirdəki nəzarət xəttində yerləşən Muzafferabad bölgəsində Pakistanın hava məkanını pozmuş, Pakistan qırıcılarının müdaxiləsindən sonra tələsik geri çəkilmiş, Pakistan tərəfə cəmi bir bomba ata bilmişdilər.

Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general Asif Gafur bombanın qalıqlarının fotolarını paylaşaraq, heç bir maddi və insan itkisinin olmadığını qeyd eləyib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA