GƏRGİNLİYİ ARTIRACAQ YENİ HƏMLƏ! - MAKRON RAHAT DURMUR

GƏRGİNLİYİ ARTIRACAQ YENİ HƏMLƏ! - MAKRON RAHAT DURMUR

Hurriyyet.org xəbər verir ki, Balkanlar və Yaxın Şərqdə Türkiyəyə qarşı siyasətini gücləndirən prezident Emmanuel Makronun rəhbərlik elədiyi Fransa yeni bir addım atıb.

Egey dənizində sabitliyi hədəfə alan Yunanıstan rəhbərliyinə Fransa FREMM tipli iki freqatı 5 illik müddətə lizinq yolu ilə satıb. Yunanıstanın müdafiə nazirinin vəkili Fotis Kouvelis, iştirak elədiyi bir televiziya proqramında məsələ ilə bağlı açıqlamasında deyib: “Fransanın bizə iki hərbi gəmi satdığı xəbəri doğrudur. Bundan sonra daha iki hərbi gəmi almaq istəyirik”.

Fransanın Yunanıstana verəcəyi freqatlarla Türkiyəyə qarşı düşmən siyasəti davam eləmiş olacaq. Yunanıstan son dövrdə başda Kardak olmaqla, Egey dənizindəki ada və qayalıqlara qarşı aqressiv siyasət yürütməkdədir. Türk donanması isə, həftəni 7 günü, 24 saat keşikdə duraraq, Yunanıstanın Egeydəki qanundankənar cəhdlərinin qarşısını almaqdadır.

Hurriyyet.org

Loading...

QALEREYA