GÖRÜNMƏMİŞ MÖCÜZƏ - Şəhərdə temperatur 30 dərəcə olduğu halda, küçələr buzla örtülüb!

GÖRÜNMƏMİŞ MÖCÜZƏ - Şəhərdə temperatur 30 dərəcə olduğu halda, küçələr buzla örtülüb!

Hurriyyet.org xəbər verir ki, Meksikanın Qvadalahara şəhərində havanın temperaturu 30 dərəcə olduğu halda, fırtına üzündən küçələr 1,5 metr hündürlüyündə buz təbəqələri ilə örtülüb.

BBC kanalının yaydığı xəbərə görə, dolu fırtınası xüsusilə şəhərin 6 məhəlləsinə güclü təsir edib. Xəbərdə havanın istiliyinin 30 dərəcəyə yaxın olduğu və bəzi küçələrin hündürlüyü 1,5 metrə çatan sal buzlarla örtüldüyü şəhərdə əvvəllər də dolu frtınalarının olduğu, lakin bu dərəcədə güclü fırtınanın nadir hallarda baş verdiyi bildirilir.

Şəhərin valisi Enrike Alfaro jurnalistlərə müsahibəsində deyib: “İqlim dəyişikliyinin həqiqətən olub-olmadığını özümüzdən soruşuruq. Bunlar daha əvvəllər bənzəri olmamış təbiət hadisələridir”.

Təqribən 200-ə yaxın evin və 50 avtomobilin zərər çəkdiyi fırtınanın insan itkisinə səbəb olmadığı qeyd edilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA