GUAM-Azərbaycan əlaqələrində əldə olunan uğurlar

GUAM-Azərbaycan əlaqələrində əldə olunan uğurlar

Təşkilatın yaranması Qərbə doğru inteqrasiyanın səmərəliliyinin yüksəldilməsi, müxtəlif sahələrdə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi baxımından vacib addım idi

Azərbaycanın bir dövlət olaraq inkişafı həm də çevik diplomatik münasibətlər çərçivəsində baş verməsi həm də qarşıya qoyulan məqsədlərə nailk olmanın, bir sıra uğurların əldə olunması üçün əsas təminatlardan biri olubdur. Bu, xüsusilə postsovet məkanında Azərbaycanın dövlət olaraq mövqelərinin strateji əhəmiyyət daşıması ilə müşahidə olunubdur. GUAM çərçivəsində əldə olunan əsas uğurlardan biri də, Dağlıq Qarabağ və ətraf rayonların erməni ekspansionizminə qarşı Azərbaycanla həmrəylik nümayiş etdirən Ukrayna, Gürcüstan, Özbəkistyan və Moldovanın iradə nümayiş etdirməsi MDB çərçivəsində Azərbaycana qarşı dolayı yolla təsirlərin miqyasını da xeyli dərəcədə azaltmış oldu.

Qlobal yanaşmaqla uğur paketinə necə nail olundu

Ötən əsrin 90-cı illəri qlobal müstəvidə ciddi geosiyasi proseslərin cərəyan etməsi ilə tarixə düşmüşdür. SSRİnin süqutu ilə postsovet məkanında yeni müstəqil dövlətlərin və regional və subregional təşkilatların meydana gəlməsini həmin dövrün kifayət qədər ciddi proseslərindən saymaq olar. Rusiyanın, keçmiş Sovet İttifaqı sərhədləri daxilində yenidən çox- spektrli inteqrasiyanın təmin olunması məqsədi ilə irəli sürdüyü MDB layihəsi reallaşdırıldığı vaxtdan tam səmərəli olmayacağını büruzə verdi. Bunun səbəbini onunla izah etmək olar ki, MDB formatında əməkdaşlığın və inteqrasiyanın təmin olunmasına çalışmaqla, Rusiya keçmiş təsir dairəsini bərpa etməyə çalışırdı. Yenicə müstəqil olmuş dövlətlərin inkişaf trendlərinin və məqsədlərinin tam müəyyən olunmadığı bir təşkilat çərçivəsində səmərəli inteqrasiyasını şərtləndirmək real görünmürdü. Rusiyanın MDB daxilində dominantlığı təşkilat üzvləri, həm də beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmırdı. Müstəqilliklərinə siyasi pərakəndəlik və iqtisadiyyatları çökmüş vəziyyətdə qovuşmuş ölkələrin fərqli formatda əməkdaşlığa və inteqrasiyaya ciddi ehtiyacları var idi. Ən əsası isə, Avropa və beynəlxalq strukturlara birgə inteqrasiya üçün şərait yaradacaq bir təşkilata ciddi ehtiyac hiss olunurdu. MDB ölkələrinin dünyaya siyasi və iqtisadi inteqrasiyası Rusiya tərəfindən müxtəlif yollarla əngəllənirdi. Fəaliyyətini Rusiyanın patronajlığı altında sürdürən MDB daxilində ciddi fikir ayrılığı hökm sürürdü. Avropaya siyasi, iqtisadi inteqrasiya, təhlükəsizlik sahəsində əməkdaşlıq, karbohidrogen ehtiyatlarının hasilatı, dünya bazarına çıxarılması üçün əlverişli marşrutlarının müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı Rusiya ilə bir sıra MDB ölkələri arasında ciddi fikir ayrılıqları mövcud idi. Rusiya dərk edirdi ki, keçmiş sovet respublikalarının beynəlxalq təmaslarının meydana gəlməsi və genişlənməsi, onun bu respublikaları öz orbitinə daxil etmə şanslarını kəskin azaldacaq. Avropa və ABŞ postsovet respublikalarının mütəşəkkil şəkildə qərbə inteqrasiya olunması üçün yeni bir subregional təşkilatın yaradılmasını məqbul sayırdı. Avropa və beynəlxalq strukturlara səmərəli inteqrasiya etmək motivi dayanan GUAM-m məşvərətçi orqanın təsis edilməsi haqqında qərar 1997-ci ilin oktyabrında Avropa Şurasının Strasburqda keçirilən sammitində verildi. GUAM-ın yaradılması haqqında elanın Avropa Şurasının

sammitində verilməsi elə onun yaradılmasının məqsədlərindən xəbər verirdi. Qərbin diqqətinin postsovet ölkələrinin üzərinə və onların beynəlxalq strukturlara inteqrasiyası məsələsi vacib strategiyaya çevrildi. 1998-ci ildə Özbəkistanın qatıldığı GUAM 2006-cı ilin mayında Kiyevdə keçirilən zirvə toplantısında “Demokratiya və İqtisadi İnkişaf Uğrunda Hərəkat” adlandırıldı. GUAM-ın yaradılmasında maraqlı olan ölkələri ümumi cəhətlər birləşdirirdi. Bu cəhətlər əsasən ağıdakılardan ibarətdir:

- ərazilərində etno - milli zəmində baş vermiş münaqişələrin olması;

- MDB çərçivəsində bu münaqişələrin tənzimlənməsi perspektivlərinə inamsızlıq;

- münaqişə vəziyyətləri ilə bağlı Rusiyanın sərgilədiyi mövqedən narazılıq;

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunmamaları;

- regional və beynəlxalq münasibətlərə eyni bucaqdan baxış;

- xarici siyasətlərinin oxşar prioritetlərinin olması və s.

GÜAM-la birlikdə etnik separatizmə qarşı

Əslində, Qərbi Avropa ilə siyasi və iqtisadi inteqrasiyaya üstünlük verən, eləcə də öz aralarında qərbin nümunəsində .inteqrasiyanı təmin etmək, təhlükəsizlik məsələlərində ) birgə addımlar atmaq istəyən ölkələr GUAM- n yaradılmasının əsas təşəbbüskarları rolunda çıxış etdilər. Əsas təşəbbüskarlardan biri də Azərbaycan Respublikası idi. Belə ki, Azərbaycan özünün siyasi, iqtisadi və hərbi təhlükəsizliyini səmərəli təmin etmək istiqamətində beynəlxalq və regional əməkdaşlıq formatında fəaliyyət göstərməyi və təmaslar qurmağı vacib sayır. Ümumiyyətlə isə, Azərbaycan öz milli maraqlarmı, siyasi və iqtisadi imperativlərini reallaşdırmağa imkan verən regional və beynəlxalq təşkilatlarda təmsilçilik məsələsinə böyük həssaslıqla yanaşır. Bu baxımdan, GAUMm yarandığı bir gündən Azərbaycan təşkilat çərçivəsində xüsusi fəallıq nümayiş etdirməklə, Avropaya inteqrasiyanın səmərəli prosesə çevrilməsi və bu inteqrasiya prosesində xarici siyasi strategiyasının prioritetlərinin təmin olunmasına çalışır. GUAM-Azərbaycan əlaqələri və GUAM çərçivəsində Azərbaycanla digər üzv ölkələr arasında münasibətlərin inkişaf tendensiyası aydın göstərdi ki, təşkilatın yaranması Qərbə doğru inteqrasiyanın səmərəliliyinin yüksəldilməsi və müxtəlif sahələrdə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi baxımından vacib addım idi. Azərbaycan GUAM formatında ən çox fəallıq nümayiş etdirən ölkədir. Belə ki, Azərbaycan zəngin enerji resurslarına malik olmaqla, enerji daşıyıcılarının əlverişli və təhlükəsiz marşrutlarla dünya bazarına çıxarılması istiqamətində xüsusi fəallıq nümayiş etdirir, dünyanın ayrı-ayrı güclü ölkələri ilə enerji sahəsində konstruktiv əməkdaşlıq qurur. GUAM çərçivəsində Azərbaycan beynəlxalq aləmlə təmaslarını daha rahat və qarşılıqlı anlaşma şəraitində qurur. Azərbaycan dünya neft bazarında əsas oyunçulardan birinə çevrilməklə, Rusiyaya ciddi rəqabət təşkil edir. GUAM xətti ilə beynəlxalq strukturlara inteqrasiya və Qərbi Avropa dövlətləri ilə six iqtisadi və siyasi təmaslar qurmaqla, Azərbaycan dünya enerji bazarında özünün stabil yerini təmin edə bilmişdir. GUAM çərçivəsində əməkdaşlıq Azərbaycana əlavə siyasi və iqtisadi dividentlər gətirir. Məsələn, təşkilat çərçivəsində Azərbaycan Ukrayna-və Gürcüstanla bir çox sahələr üzrə əməkdaşlığını inkişaf etdirir. Azərbaycan Ukraynada istehsal olunan neft-qaz istehsalı avadanlıqlarının alınmasında maraqlıdır. Ukrayna da, öz növbəsində Azərbaycanın istehsal etdiyi neft məhsullarının alınmasına böyük maraq göstərir. GUAM çərçivəsində əlaqələrin inkişaf etdirilməsinin müsbət məqamlarından biri də ondan ibarətdir ki, üzv ölkələr qarşılıqlı şəkildə biri-birilərinin ərazi bütövlüklərini tanıyırlar və ərazilərində mövcud olan münaqişə vəziyyətlərinin aradan qaldırılması istiqamətində beynəlxalq müstəvidə birgə cəhdlər edirlər. Məsələn, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. Bununla, о, Rusiya və Ermənistanın sərgilədikləri mövqenin əleyhinə getmiş olur. Şübhəsiz ki, Dağlıq Qarabağ məsələsində Rusiya Ermənistanı dəstəkləyir. Ermənistan ərazisində Rusiya hərbi bazasının olması, artıq onun məsələ ilə bağlı hansı mövqe tutması haqqında dəqiq təsəvvür yaradır. Göründüyü kimi, GUAM çərçivəsində əməkdaşlıq Azərbaycanın ərazi bütövlüyün tanınması və təmin olunması baxımından əhəmiyyətlidir. 2001-ci ildə regional beynəlxalq təşkilat statusunu alan GUAM- Azərbaycan münasibətləri davamlı olaraq inkişaf etdirilməkdədir. GUAM-ın 2001-ci ilin iyun ayında Yaltada baş tutan sammitində çıxış edən Heydər Əliyev təşkilatın yaradılmasının doğru addım olduğunu bəyan edərək, onun fəaliyyətini yüksək qiymətləndirmişdir. Heydər Əliyev sammitdə demişdir: “Bizim dövlətlər, birincisi, regional prinsiplərdən, ikincisi, maraqların ümumiliyindən və xüsusilə də, dövlət müstəqilliyindən və iqtisadi əməkdaşlıq imkanlarından, həmçinin, ağır keçid dövründə biri-birilərinə dəstək olmaq istəyindən çıxış edərək GUAM regional təşkilatını yaratdılar. Bu yeni təşkilat müstəqil siyasi qurum kimi təsdiqini tapmaq iqtidarındadır”.

Postsovet məkanında yeni formatda diplomatik, iqtisadi və siyasi münasibətlər

Yaradılması məqsədlərinə uyğun olaraq, GUAM ölkələri Xəzər dənizinin enerji ehtiyatlarının mənimsənilməsi və dünya bazarına nəqli, Şərq-Qərb nəqliyyat- [səh. 56-57] kommunikasiya dəhlizinin yaradılması, təhlükəsizlik sahəsində birgə layihələrin reallaşdırılması məsələlərində qərb şirkətləri ilə həmrəylik nümayiş etdirirlər. Bütün bu məqamlar Azərbaycanla GUAM arasında səmərəli əməkdaşlıq üçün real imkanlar açır və zəmin yaradır. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları onun GUAM- da vacib rolunu şərtləndirir. Belə ki, Azərbaycan neft və qaz ixrac edən ölkə kimi böyük əhəmiyyət kəsb edir. Bakı-Supsa, Bakı-Novorosiysk, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri vasitəsi ilə Azərbaycan nefti müxtəlif istiqamətlərdə ixrac olunur. Bu da, Azərbaycana olan marağın ciddi şəkildə artmasını şərtləndirmişdir. Qərbi Avropa ölkələri həmçinin, GUAM-ı enerji sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirilməsi üçün əlverişli areal sayırlar. Göründüyü kimi, Azərbaycanın zəngin enerji ehtiyatları onun GUAM-dakı üstün rolunu və vacib yerini müəyyənləşdirir. GUAM çərçivəsində əməkdaşlıq etməklə, Azərbaycan Gürcüstan, Ukrayna və Moldovanın simasında daimi enerji alıcıları qazanmış oldu. Qeyd etdiyimiz ölkələr isə alternativ enerji mənbələrinə çıxış əldə etmiş olurlar.[3] Bildiyimiz kimi, bu gün bir çox ölkələr Xəzər hövzəsinin enerji daşıyıcılarının nəqli üçün tranzit ölkə rolunda çıxış etməkdə maraqlıdırlar. Bu baxımdan, həmçinin, Ukrayna Bakı-Odessa-Brodı neft kəməri layihəsinin reallaşdırılmasında maraqlıdır. Azərbaycan öz növbəsində bu layihəni, enerji daşıyıcılarının Avropaya nəqli baxımından əlverişli və perspektivli hesab edir. Azərbaycanla Ukrayna arasında əldə olunmuş razılaşmaya əsasən Bakı-Poti-Supsa neft kəməri Odessa ərazisindən keçməklə, Azərbaycan neftini Şərqi Avropaya çatdıracaqdır. Qeyd edək ki, bu, Azərbaycan neftinin Avropaya çatdırılmasının ən qısa yoludur. Azərbaycanlı mütəxəssislər həm quruda, həm də dənizdə neft və qaz hasilatı üzrə böyük təcrübəyə malikdirlər. GUAM çərçivəsində əməkdaşlıq etməklə, Azərbaycan tərəfi Qara dəniz şelfində karbohidrogen ehtiyatlarının hasilatında Ukraynaya hərtərəfli kömək etməyə hazırlığını bildirir. GUAM formatında Azərbaycan həmçinin, Gürcüstanla ən müxtəlif sahələr üzrə six əməkdaşlıq etməkdədir. Bildiyimiz kimi, Gürcüstan Bakı-Tbilisi-Ceyhan, Bakı-Poti-Supsa, Bakı-Tbilisi-Ərazurum neft və qaz nəqli kəmərlərindən böyük gəlirlər əldə etməkdədir. Bu layihələrdə birgə iştirakın və gələcək fəaliyyətlərin koordinasiya edilməsi baxımından da GUAM çərçivəsində əməkdaşlıq öz töhfəsini verməkdədir. Azərbaycan Respublikası üçün nəqliyyat məsələsi xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mərhələdə Azərbaycan Xəzər dənizindən Avropaya və dünya bazarına enerji dəhlizi yaratmağa nail olmuşdur. Bununla da, nəqliyyat infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. Azərbaycan Gürcüstan və Ukrayna ilə birgə Avropa və Asiyanı birləşdirəcək dəmir yolu layihəsinin üzərində işləyir. Azərbaycan, Gürcüstan və Ukrayna arasında Transqafqaz nəqliyyat dəhlizinin yaradılması ilə bağlı üçtərəfli razılaşma mövcuddur. Bu dəhliz vasitəsi ilə Bakı, Tbilisi, Poti, Odessa və Kiyev şəhərlərinin birləşdirilməsi nəzərdə tutulmuşdur. Avropa İttifaqının təşəbbüsü ilə yaradılan bu dəhliz Böyük İpək Yolu (TRACEKA) layihəsinin mühüm elementini təşkil edir. Avropadan Asiyaya uzanan nəqliyyat magistralları şaxələnmiş sistemi gələcəkdə qlobal Avrasiya bazanın formalaşmasında həlledici rol oynayacaqdır. Belə bir qlobal bazarın yaranması Ukrayna üçün də yeni imkanların meydana gəlməsini şərtləndirəcəkdir. Qeyd edək ki, layihə həm mühüm geosiyasi, həm də iqtisadi əhəmiyyət kəsb edir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA