​Güclü külək Gəncədə fəsadlar törətdi

  • 2019-07-13 12:52:15
  • |
  • Ölkə /

​Güclü külək Gəncədə fəsadlar törətdi

Ötən gündən başlayan güclü külək Gəncədə bir sıra fəsadlar törədib.

Hurriyyet.org xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, təbii fəlakət nəticəsində şəhərdə bir neçə irigövdəli ağac aşıb, budaqlar qırılıb:

"Heydər Əliyev prospekti, Gülüstan, Sadıllı yaşayış massivlərində, Dədə Qorqud küçəsində ağaclar aşıb. Nəticədə bir neçə yol bağlanıb. Qurum nümayəndələri hadisə baş verən ərazilərə cəlb olunaraq yaranan problemi aradan qaldırıblar. Hazırda avtomobillərin normal hərəkəti təmin olunub".

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz