Gülər Əhmədovadan Elçin Əlibəyliyə ETİRAZ - “Sən kimsən ki…”

  • 2018-05-07 15:17:18
  • |
  • Ölkə /

Gülər Əhmədovadan Elçin Əlibəyliyə ETİRAZ - “Sən kimsən ki…”

Tanınmış teleaparıcı Elçin Əlibəylinin “Space” Televiziyasında yayımlanan “El bizim, sirr bizim” adlı verilişində müğənni Maral Tahirqızı ilə yaşanan qalmaqal cəmiyyətdə birmənalı qarşılanmayıb. Buna görə, aparıcı sosial şəbəkədə kəskin iradlara məruz qalıb.

Qeyd edək ki, “El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli Maral Tahirqızını verilişindən qovub.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, aparıcının verilişinə qonaq çağırdığı müğənni Maral Tahırqızını aşağılaması və verilişindən qovduğunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

M.Tahirqızı qovulması ilə bağlı açıqlama verib. O bildirib ki, verilişin mövzusu sosial şəbəkələrdə çoxlu sayda izləyici toplaya bilməsi ilə bağlı olub.

Sosial şəbəkələrdə çoxsaylı iradlara tuş gələn Elçin Əlibəyli Maral Tahirqıznı dəstəkləyənələri qınayıb:

“Marala dəstək duran qövm, elə mən sizi deyib gəlmişəm, siz də mənim “marallarımsınız” (əlbəttə Əbdürrəhimbəy Haqverdiyevi oxuyubsunuzsa, anlayarsınız nə deyirəm, amma buna da şübhəm var). Qəzəbinizi töküb qurtarandan sonra, özünüzə güzgüdə yaxşı baxın, mənim marallarım. Onda görəcəksiniz mən nə dedim və niyə dedim! Əlbəttə, bunu anlaya bilsəniz çox sevinərəm!”, deyə E.Əlibəyli Facebook-da yazıb.

Sabiq deputat Gülər Əhmədova da Elçin Əlibəyliyə irad tutanlar arasındadı. O da Facebook-da etirazını belə ifadə edib:

“Vaxt var idi Bakıya Şərqin Parisi deyirdilər.Heç vaxt özünü kişi sayan birisi kimliyindən asılı olmayaraq bir qadını adam arasında aşağılamazdı. Qadına görə deyil,özünün kişiliyinə görə..Bu hansı əxlaqdır ki, arxasız,kasıb,yiyəsiz qadını efirə çağırasan və onu aşağılamaqla özünü yüksəldəsən?? Bəyənmirsənsə niyə çağırlrsan? Sən kimsən ki, bu qədər təkəbbür, bu qədər fironluq nümayiş etdirirsən? Yəni ətrafımızda kimsələr yoxdur ki, bu işlərin qarşısını alsın? Mən bir həqiqəti bilirəm ki, hansısa qadının əxlaqını bəyənməyən kişi o qadını görməzdən gələr. Ən ağır cəza kimi salamını almaz. Bu olar kübarlıq. Amma, belə davranışın adı nədir bilmirəm, bilsəm də demərəm. Heyf, çox heyf itirdiyimiz kübar kişilərə.. Gör nə günlərə qaldıq..”

Loading...

QALEREYA