Gün ərzində altı qramdan artıq istifadə ETMƏYİN

Gün ərzində altı qramdan artıq istifadə ETMƏYİN

Duzun normal miqdarda istifadəsinin insanın ürək-damar sisteminə mənfi təsiri cüzidir.

Xarici KİV xəbər verir ki, bu barədə Avropa Kardioloqlar Cəmiyyətinin hesabatında deyilir.

"Tədqiqatımızın nəticələri duzdan istifadə ilə ürək-damar xəstəlikləri və ya ölüm arasında əlaqəni öyrənən elmi işlərin əksəriyyətinə uyğundur. Tədqiqatlar hətta az miqdarda duzun da zərərli olması barədə geniş yayılan mənfi mifi təsdiqləmir”, - deyə Kanadanın McMaster universitetinin professoru Səlim Yusif bildirib. Onun sözlərinə görə, gün ərzində yalnız altı qramdan artıq duzun istifadəsi səhhətə mənfi təsir göstərə bilər.

Səlim Yusif, həmçinin ürək-damar xəstəliklərinə müsbət təsir göstərən faydalı maddələrin təkcə meyvələrdə deyil, həm də çərəzlərdə, süd məhsullarında və qırmızı ətdə də mövcud olduğunu qeyd edib. \\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA