Günay İbrahimli ''Bandotdel''ə çağırıldı - MÜĞƏNNİ İŞ ADAMINA "ATIB"?

Günay İbrahimli ''Bandotdel''ə çağırıldı - MÜĞƏNNİ İŞ ADAMINA "ATIB"?

Azərbaycanın populyar müğənnisi Günay İbrahimli həbs oluna bilər.

Artıq müğənni və anası bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Xanım sponsoru Günay İbrahimlini külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkdirməsi, yeni mahnıları, telekallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.

Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatları alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olduqları barədə ziddiyətli ifadələr veriblər. Hazırda BMCMİ-də araşdırma aparılır, şahidlər dindirilir.

Onu da bildirək ki, N.Əhmədova məhşur iş adamıdır. Azərbaycandakı tekstil biznesininin böyük hissəsində payı var./criminalaz/

Loading...

QALEREYA