Günaydan İradə İbrahimovaya AĞIR SÖZLƏR: “Ərin və uşaqların...”

Günaydan İradə İbrahimovaya AĞIR SÖZLƏR: “Ərin və uşaqların...”

Müğənni Günay İbrahimli “ATV maqazin onlarla” verilişində İradə İbrahimovanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Hurriyyet.org xəbər verir ki, o, bu barədə instaqram hesabında yazıb: “İndi də şou-biznesdə təzə dəb yaradıblar. Ailə ilə gündəmə gəlib bir-birilərinə acıq vermək istəyirlər. Onsuz da ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur. Amma əriniz və uşaqlarınız başqasına acıq vermək üçün bir vasitəyə çevrilməməlidir, həyat yoldaşınızla kiməsə acıq verməyin! Ailə sizin şəxsiyyətiniz, həyatınızın ən böyük qazancıdır, bundan kimisə “vurmaq” üçün alət etməyin!

Ailəli olub karyerasını davam etdirən, ən böyük nailiyyəti əldə edənlər də az deyil. İkisini birgə edə bilmirsinizsə, susun!”

Qeyd edək ki, İ.İbrahimova Günayın ünvanına bu sözləri demişdi: “Günay izlədiyim, səhnədə bəyəndiyim müğənnidir. İlk başda özünü mənə bənzətməklə start verdi. Sonra gördü o yerin sahibi var. Belə davam edə bilməz. Səs rəngini çox bəyənirəm. Kaş ki, özünü başqasına bənzətməsə, bir az da onu Röyaya oxşadıram. Deyib ki, İradəni Türkiyədə heç kim tanımır. Mən bunu hər zaman etiraf edirəm ki, məni orada tanımırlar. Yalnız Cem Yılmaz tanıyır. O mənim üçün yetərlidir. İnşallah, məni yox Günayı tanıyarlar. Azərbaycan şou-biznesində olduğumu iddia etmirəm. Çünki əvvəlki tempimdə ola bilmərəm. İki uşağım və ailəm var. İnşallah, ona da qismət olar”.

  • Hamısı
  • Loading...