Gündəmi alt-üst edəcək açıqlama: “O BÖLGƏDƏ DÖVLƏT QURURLAR”

  • 2019-02-19 16:07:29
  • |
  • Dünya /

Gündəmi alt-üst edəcək açıqlama: “O BÖLGƏDƏ DÖVLƏT QURURLAR”

Lavrov: “ABŞ Fərat çayının şərqində qondarma dövlət qurmağı planlaşdırır”

Hurriyyet.org xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın şimal-şərqindəki vəziyyətin Birləşmiş Ştatların addımları nəticəsində getdikcə gərginləşdiyini, ABŞ-ın Suriyanı bölərək Fərat çayının şərqində qondarma dövlət qurmağı planlaşdırdığını söyləyib.

Lavrov bu açıqlamanı Slovakiyanın xarici işlər naziri Miroslav Lajcak ilə Moskvadakı görüşündən sonra keçirilən birgə mətbuat konfransında verib: “Getdikcə daha aşkar göründüyü kimi, ABŞ-ın məqsədi Suriyanı bölərək Fərat çayının şərqində qondarma dövlət qurmaqdır. Suriyanın bu bölgəsində infrastrukturun inkişaf etdirilməsi üçün müttəfiqlərini vəsait ödəməyə məcbur eləmək də daxil olmaqla, hazırda bunun üçün fəal şəkildə mənbə axtarırlar. Bununla yanaşı, Vaşinqqton mütəfiqlərinin Suriyanın qalan hissəsində infrastrukturun yenidən qurulmasına vəsait qoymasını qadağan edib”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA