Gürcü prezidentin Bakı səfəri PROBLEMİ HƏLL EDƏCƏK?

Gürcü prezidentin Bakı səfəri PROBLEMİ HƏLL EDƏCƏK?

Elxan Şahinoğlu: “Zurabişvili ölkəsinin maraqlarını düşünməlidir, bu isə Azərbaycanla stateji tərəfaşlığı diktə edir”

“Gürcüstan Azərbaycanla Ermənistanı tərəzinin bir gözünə qoya bilməz... Kasıb Ermənistan Gürcüstana heç nə vermir”

Xəbər verdiyimiz kimi, fevralın 27-də Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gəldi. Bu, Gürcüstan prezidentinin region ölkələrinə ilk səfəri idi. Sözsüz, Gürcüstan prezidentinin Azərbaycana səfəri ölkəmizə olan dəyərin göstəricisidir.

Amma Zurabişvilinin Azərbaycana rəsmi səfərindən öncə Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vuran hadisələrin baş verməsi iki ölkə arasında gərginlik yaratdı ki, bu problemlər hələ də həllini tapmayıb. Təbii ki, gərginliyə səbəb Gürcüstan hökumətinin yürütdüyü siyasətdir.

Hansı ki, ilk problem Xocalı soyqırımında da iştirak etmiş, onlarla azərbaycanlının qanına əli bulaşmış erməni terrorçu Avakyana Axalkalakidə abidə qoyulub. Bu məsələ Azərbaycan ictimaiyyətində qıcıq doğurduqdan sonra Gürcüstanın Azərbaycandakı səfir Xarici İşlər Nazirliyinə çağırılsa da, bu gün də erməni qatilin heykəli sökülməyib.

Yeri gəlmişkən, erməni terrorçu Avakyana Axalkalakidə qoyulduqdan sonra SOCAR Gürcüstana satdığı qazın qiymətini 10% artırdı. Lakin bu məsələyə Gürcüstan hökumətinin cavabı adekvat sayıla bilməz. Buna baxmyaraq, Gürcüstan hakimiyyəti Rusiyanın “Qazprom” şirkəti ilə qaz alışı mövzusunda danışıqlar apardığını rəsmən bəyan elədi: “Bəli, biz Rusiya ilə danışıqlar aparırıq və çox güman ki, müəyyən həcmdə qaz alacağıq ki, bu da bizə enerji təhlükəsizliyini və enerji asılılığının olmamasını təmin etməyə imkan yaradacaq”. Buradan görünür ki, indi enerji asılılığı düşünən gürcülər Gürcüstanın dar günlərində Azərbaycanın dəstək olduğunu unutdular.

Üçüncü problem Gürcüstanın Rusiya sərhədindəki Yuxarı Lars nəzarət-keçid məntəqəsini yenidən işlək hala salmaq üçün fəaliyyətə başlamasıdır. Hansı ki, bu Ermənistanı blokadadan çıxarmaq deməkdir.

Dördüncü problem, bir neçə gün öncə Gürcüstan müdafiə naziri Levan İzorianın İrəvana rəsmi səfər edib, hərbi əməkdaşlıqdan danışmasıdır. Bu hallara nəzərə yetirdikdə isə Gürcüstanın Ermənsitan yönəlik siyasəti aydın görünür. Bütün bu baş verənlərdən sonra isə Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycan prezidenti ilə görüşdə dost münasibətlərdən danışır və bu ənənəni davam etdirəcəyini vurğulayır. Görəsən, bu deyilənlər özünü doğruldacaqmı, yoxsa elə gəlişi gözəl sözlərdir?

“Önəmli olan real addımların atılmasıdır”

Картинки по запросу Elxan Şahinoğlu

Gürcüstan prezidentinin Azərbaycana səfəri ilə bağlı fikilərini “Hürriyyət”lə bölüşən Elxan Şahinoğlu inanmır ki, bir səfərlə bütün problemlər həll olunsun: “Amma, əslində, xoş niyyətin olması vacibdir. Azərbaycan prezidenti ilə görüşdə və sonrakı mətbuat konfransında Salome Zurabişvili sanki o xoş niyyəti diqqətimizə çatdırdı. “Bundan öncə, Gürcüstan prezidentləri Azərbaycanla hər zaman dost olub və mən bu ənənəni davam etdirmək istəyirəm” ifadəsi xoş bir niyyətdir. Amma önəmli olan real addımların atılmasıdır. Dediyiniz kimi, erməni qatilin abidəsi hələ də yerində durur. Çox təəssuf ki, gürcü rəsmiləri bu məsələyə aydınlıq gətirmədilər. Üstəgəl, Rusiyadan qaz almaq istəyirlər. Halbuki, Azərbaycan Gürcüstana ən ucuz qaz satır. Abxaziyadan dəmiryolunu açmaq istəiylər, hansı ki, bu yol erməniləri blokadan çıxarmağa xidmət edir. Düzdür, bu gürcülərin daxili məsələləridir, biz qarışmırıq. Amma atdıqları addımlar bəzən Azərbaycanın əleyinə olur. Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əməkdşalığı genişlədirilərkən qəfil gürcü müdafiə nazirinin Ermənistana səfər etməsi, hansısa ikitərəfli əlaqələrdən danışması da bizdə haqlı olaraq suallar doğurur”.

“Biz faydalı tərəfdaşıqsa, bizim qiymətimizi bilməlidirlər”

E.Şahinoğlu vurğuladı ki, Gürcüstan Azərbaycanla Ermənistanı tərəzinin bir gözünə qoya bilməz: “Çünki biz daha faydalı tərəfdaşıq. Ermənistanın Gürcüstanda heç bir investisyası yoxdur, heç buna imkanı da yoxdur. Orada sadəcə Gürcüstan-Azərbaycan münasibətlərini gərignləşdirməyə çalışır, separatizmi dəstəkləyir, amma biz faydalı tərəfaşıq. Biz faydalı tərəfdaşıqsa, ona görə bizim qiymətimizi bilməlidirlər. İndi görək, bu səfərdən sonra əməkdaşlıq necə inkişaf edəcək. Salome Zurabişvili Azərbaycan prezidentini Batumidə bir konfransa dəvət edib. Biz istəyərdik ki, bəli, Salome Zurabişvilinin dediyi kimi, köhnə ənənə, yəni Şvernadze, Saakaşvilinin Azərbaycana dost münasibəti ənənəsi davam etsin. Çünki Saakaşvilinin də məşhur fikri var ki, Azərbaycanın dəstəyi olmadan Gürcüstan ayaqüstə dayana bilməzdi. O, bunu hər zaman, prezident olanda da, istefa verəndə də qeyd edib. Ona görə, düşünürəm ki, bu siyasət davam etməlidir, davam edəcəksə, bəli, strateji tərəfdaşlığın da davamı olacaq, olmayacaqsa, ciddi suallar meydana çıxacaq. Bu da strateji tərəfdaşlığa zərər vura bilər”.

“Zurabişvli erməniləri sevsə belə, birinci Ermənistana yox, məhz Azərbaycana səfər edib”

“Zurabişvili prezident seçkilərində nə deməyindən, kimə simpatiya bəsləməsindən asılı olmayaraq, ölkəsinin maraqlarını düşünməlidir, ölkəsinin maraqları isə Azərbaycanla stateji tərəfaşlığı diktə edir. Yenə də təkrar edirəm, kasıb Ermənistan Gürcüstana heç nə vermir, nə veririksə, biz veririk, pul veririk, qazlaşdırırıq, terminallar tikirik, ucuz qaz satırıq. Zurabişvli erməniləri sevsə belə, elə bunlara görə də region ölkələri arasında birinci Ermənistana yox, məhz Azərbaycana səfər edib. Bu, Salome Zurabişvilinin, Gürcüstanın həqiqi müttəfiqinin kim olduğunu göstərir”,- deyə politoloq qeyd etdi.

“Gəlməsəydi, bir başqa cür yozacaqdılar ki, niyə gəlmir?”

“Azərbaycanlı deputat Azər Süleymanov deyib ki, Zurabişvili sadəcə “kəşfiyyat” məqsədiylə Bakıya gəlib. Sizcə, bu, belədirmi” sualına E. Şahinoğlunun cavabı bu cür oldu: “Kəşfiyyat məqsədilə gəlib-gəlməyib, bunu demək çətindir, Zurabişvili onsuz da gəlməliydi. İndi bunu belə yozanlar da haqlı deyillər. Yəni gəlməsəydi, bir başqa cür yozacaqdılar ki, niyə gəlmir? Gəlibsə, deməli, sayıb gəlib, gəlib deyir ki, tərəfadaşlığı davam etdirəcəm. Yəni bunu nəzərə almaq lazımdır. Burada nə kəşfiyyat olur, olsun, region ölkələri arasında birinci bizə gəlməliydi, bizimlə aktual məsələləri müzakirə etməlidir. İstisna etmirəm ki, İvanişvilinin nəsə məqsədi olsun. Amma onsuz da bu adam bura gəlməliydi, gəlməsə, onda başqa söz söhbətlər çıxacaqdı ki, niyə gəlmir? Təsəvvür edirsiniz Ermənistana getsəydi, nə böyük hay-küy olacaqdı. Ona görə də gəlməsi normaldı, aktualdı. Bizim də ehtiyacımız var idi ki, gəlsin, görək, problemlər haqqında nə düşünür”.

“Bu suallar Zurabişvilinin özünə direkt verilsəydi, yaxşı olardı”

“Sadladığımız məsələlərlə bağlı açıq məlumatlar yoxdur ki, rəsmi olaraq nə yerdədir. Açıq müzakirələrdə bu məsələləri müzakirə etmirlər, qapalı müzakirələrdə yəqin bu məsələlərə toxunulub. Sadəcə, mən istərdim ki, mətbuat konfransında bu suallar ona veriləydi. Amma çox təəssüf ki, belə suallar ona ünvanlanmayıb. Bu gün də səhv etmirəmsə şimal bölgələrimizə səfər edəcək, orada yaşayan gürcülərlə görüşəcək, olsun, yəni bizim heç bir gizli işimiz yoxdur. Amma yenə də bu suallar Zurabişvilinin özünə direkt verilsəydi, yaxşı olardı. Düzdür, dünən bildiyimə görə, AzTV ondan müsahibə götürüb, amma mənim xəbərim yoxdur ki, bu aktual suallar ona verilib, ya yox”,-deyə politoloq əlavə etdi.

“Gürcü rəsmilərinin dedikləri bəhanədir”

E. Şahinoğlunun “Hürriyyət”ə dediklərinə görə, gürcü rəsmilərinin “xəbərim yoxdur”, “bələdiyyənin işidir”, “ermənilər öz başına abidəni qoyublar” deməsi yalandır: “Sən mərkəzi hökumətsənsə, ölkəndə baş verən hadisələrə məsuliyyət daşıyırsan. Necə ki, Paşinyan dünən İrana gedib, Tehranın mərkəzində erməniləri yığıb, Dağlıq Qarabağın bayrağını ucaldıb, orada da şüar yazıblar ki, “Dağlıq Qarabağ Ermənistanındır”, “bunula da məsələyə nöqtə qoyulur”. Çox təəssüf ki, İran rəsmiləri buna münasibət bildirmilər, eləcə də gürcülər. Necə sənin ölkəndə baş kəsənə heykəl qoyulur, deyirsən, “mənlik deyil”, belə çıxır ki, sabah Hitlerə, Stalinə də də heykəl qoyulsa, gürcü rəsmiləri deyəcək ki, “bizlik deyil”, amma bunun qarşısını alacaqlar, onda bu heykəlin qarşısını niyə almırlar? Baxmayaraq ki, bu, Gürcüstan-Azərbaycan münasibətlərinə mənfi təsir göstərir. Gürcü rəsmilərinin dedikləri, əslində, bəhanədir. Bu görüşdən sonra bu məsələlər həll olacaqmı, bunu indidən demək çətindir. Səfərin nətiəcələrini gözləmək lazımdır. Zurabişvili ölkəsinə qayıtsın görək, hansı addımları atacaq”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA