Gürcüstan Ermənistanı yenidən blokadaya ala bilər - İRƏVANDA HƏYƏCAN TƏBİLİ ÇALIRLAR

  • 2019-07-15 13:10:37
  • |
  • Region /

Gürcüstan Ermənistanı yenidən blokadaya ala bilər - İRƏVANDA HƏYƏCAN TƏBİLİ ÇALIRLAR

Gürcüstan hökuməti Rusiyadan Ermənistana öz ərazisindən keçməklə buğda ixracına yenidən qadağa tətbiq etmək istəyir.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, bu barədə erməni qəzeti "Jamanak" yazıb.

Məlumata görə, bu qadağa artıq oktyabrın 1-dən tətbiq oluna bilər.

"Əgər bu baş verərsə, onda bu, un bazarının mərkəzləşməsinə, çörək və çörək məhsullarının qiymətinin artmasına səbəb ola bilər. Donuz və quşçuluq üçün taxılın çox hissəsi də Rusiyadan idxal olunur ", - deyə nəşr qeyd edib.

Xatırladaq ki, virtualaz.org belə bir qadağa haqda ötən il də yazmışdı. Gürcü hökuməti həmin qərarını turizm mövsümünün qızğın çağında Gürcüstan-Rusiya sərhədində tıxaclardan qaçmaq və ölkədə avtomobil yollarını boşaltmaq arzusu ilə əsaslandırmışdı.

O vaxt Yerevanda Tbilisinin bu qərarını "düşməncəsinə addım" adlandırmışdılar.

Bu təsadüfi deyildi. Çünki Gürcüstan Ermənistan üçün taxılın idxalı cəhətdən yeganə tranzit ölkədir. Erməni idxalatçıları buğdanı əsasən Rusiyadan alır və onu ölkəyə Gürcüstan ərazisi vasitəsilə yerüstü nəqliyyatla gətirirlər.

Yerli ekspertlərin təhlillərinə görə, hər ay Rusiyadan gələn, təxminən, 3000 yüklə dolu avtomobil Gürcüstan ərazisindən keçməklə Ermənistana gedir. Eyni zamanda bir o qədər də boş avtomobil geri qayıdır: “Bu da sərhəd-keçid məntəqəsində çox ciddi gecikmələr yaradır və bundan inciyən, bezən minlərlə turist Gürcüstana gəlməkdən imtina edir. Onların böyük əksəriyyəti sərhəddən geri qayıdır. Bu da, öz növbəsində, Gürcüstanın turizmdən əldə olunan gəlirlərinin əsaslı surətdə azalmasına səbəb olur. Gürcüstan hökuməti beynəlxalq təcrübəyə əsaslanaraq avtomobil yolları ilə daşınmalara qadağa qoyub. Burada qanunazidd heç nə yoxdur. Buna görə də Ermənistan tərəfi Gürcüstan hökumətinin bu qərarını anlayışla qarşılamalıdır".

Erməni erspertlıri isə deyirdilər ki, bu yalnız erməni bazarında taxılın və taxıl məhsullarının bahalaşması ilə yox, həm də onların daşınması üzrə illərlə yaradılan avtomobil nəqliyyatı infrastrukturunun dağılması ilə nəticələnəcək.

Onların fikrincə, taxılın daşınmasının Gürcüstan hökuməti tərəfindən təklif edilmiş yeni sxemi — dəniz vasitəsi ilə Poti limanına, oradan da dəmiryolu ilə Ermənistana çatdırılması gələcəkdə Gürcüstanı taxılın təchizatı məsələsində inhisarçıya çevirə bilər. Digər tərəfdən, bu həm Tbilisi üçün ağlasığmayan iqtisadi effekti təmin edəcək, həm də qərbdən və şərqdən Türkiyə və Azərbaycanla blokadaya alınmış Ermənistanın ondan asılılığını gücləndirəcək.

Erməni eksperti Tiqran Xaçatryan blokadadan qaçmaq üçün Ermənistan hakimiyyətini hələ keçən il təcili addımlar atmağa çağırmışdı.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA