Gürcüstan ordusunun azərbaycanlı əsgəri döyüldü - FOTO

Gürcüstan ordusunun azərbaycanlı əsgəri döyüldü - FOTO

Gürcüstan ordusunda xidmət edən əsgər Kazım Qəhrəmanov Krtsanisi hərbi hissəsində döyüldüyünü iddia edir.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, o, hərbi hissədə xidmət edən əsgərlərin ondan pul tələb etdiyini bildirib.

K.Qəhrəmanov deyib ki, pulun tələb olunmasına etiraz etdiyinə görə bir neçə nəfər tərəfindən martın 9-da serjantın gözü qarşısında döyülüb.

Azərbaycanlı hərbçi iki gün ərzində ona tibbi yardım göstərilmədiyini bildirib: "Bu gün ailəmlə əlaqə saxlamışam və hərbi hissədən evə gətirilmişəm".

K.Qəhrəmanov Marneuli rayon hərbi hissəsinə şikayətlə müraciət edib. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya çatdırılıb.

Gürcüstanın Müdafiə Nazirliyi faktla bağlı hələlik heç bir açıqlama yaymayıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA