“Gürcüstan qızılca epidemiyası təhlükəsi ilə üz-üzədir” - Mərkəz rəhbəri

  • 2019-01-24 13:23:19
  • |
  • Region /

“Gürcüstan qızılca epidemiyası təhlükəsi ilə üz-üzədir” - Mərkəz rəhbəri

“Gürcüstan qızılca epidemiyası ilə üz-üzədir və bu xəstəliyə yoluxanların sayı artmaqda davam edir”.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

O deyib ki, bu ilin əvvəlindən qızılcaya 580 nəfər yoluxub: “Yoluxanların böyük əksəriyyəti Tbilisi şəhəri, Sameqrelo, İmereti və Kaxeti bölgələrinin payına düşür”.

P.İmnadze qeyd edib ki, qızılcaya qarşı peyvənd kampaniyasına başlanılıb və son üç gündə 12 min vətəndaşa vaksin vurulub.

Qeyd edək ki, Gürcüstanda qızılcaya yüksək yoluxma göstəricisi 20-40 yaş arası sakinlər arasında qeydə alınıb. Ölkədə 0-19 yaş arası insanlar üçün bu xəstəliyə qarşı peyvənd məcburi olub./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA