Gürcüstanda 19 yaşlı azərbaycanlı qətlə yetirilib

Gürcüstanda 19 yaşlı azərbaycanlı qətlə yetirilib

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində 19 yaşlı gənc odlu silahla qətlə yetirilib.

Hadisə kənd məscidinin yaxınlığında baş verib.

Gəncə bir neçə dəfə atəş açılıb və o, hadisə yerində ölüb.

Kənd sakinlərinin bildirdiyinə görə, gəncin qətlinə səbəb qisas olub.

Gürcüstanın Daxili İşlər Nazirliyində qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır. \\Report

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA