Gürcüstanda 20 nəfərin “donuz qripi”ndən ölməsi təsdiqlənib

  • 2019-01-30 16:56:08
  • |
  • Region /

Gürcüstanda 20 nəfərin “donuz qripi”ndən ölməsi təsdiqlənib

Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 20 nəfərin ölməsi laboratoriya şəraitində təsdiq olunub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, son dörd həftə ərzində A (H1N1) virusunun yayılmasında azalma qeydə alınır: “Azalma yalnız yayılma baxımından deyil, xəstəxanaya yerləşdirilmə baxımından da müşahidə olunur. Azalma kəskin olmasa da, istənilən halda artım tempi yoxdur. Təcili tibbi yardım və 24 saat fəaliyyət göstərən tibb müəssisələrinə müraciətlərin sayı da azalır”.

A.Qamkrelidze deyib ki, “donuz qripi” ilə bağlı dəqiqləşdirilmiş məlumatlar qrip mövsümünün sonunda açıqlanacaq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA