Gürcüstanda Azərbaycan dilli yeni məktəb açılacaq

  • 2019-04-05 14:24:05
  • |
  • Region /

Gürcüstanda Azərbaycan dilli yeni məktəb açılacaq

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlıların yaşadığı Qabal kəndində Azərbaycan dilli yeni məktəb açılacaq.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Laqodexi və Kvareli rayonları üzrə majoritar deputatı Quram Macaraşvili bildirib.

Onun sözlərinə görə, yeni məktəb Gürcüstan hökumətinin dəstəyi ilə tikiləcək: “Hazırda Qabal kəndində bir məktəb fəaliyyət göstərir. Yeni məktəbin inşası ilə paralel olaraq fəaliyyətdə olan məktəbin binası da bərpa olunacaq”.

Deputat qeyd edib ki, Qabal kəndində uşaq bağçasının inşası və digər infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı planlar hazırlanır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA