Gürcüstanda DAŞQIN: 500 evlik kəndlə əlaqə kəsildi

  • 2019-06-08 13:54:35
  • |
  • Region /

Gürcüstanda DAŞQIN: 500 evlik kəndlə əlaqə kəsildi

Aramsız yağışlar Gürcüstanın Xaraquli rayonunda ciddi fəsadlar törədib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, daşqın nəticəsində 500 ailənin yaşadığı Leqvani kəndi ətraf aləmdən təcrid olunub.

Məcrasından çıxan çaylar rayonda yollar, körpülər, yaşayış evləri və yardımçı tikililərin dağılmasına səbəb olub. Əkin sahələri və ev təsərrüfatlarına da ciddi ziyan dəyib.

Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Hadisə yerinə xüsusi texnika cəlb olunub.

Yaradılmış xüsusi qərargah rayona dəyən ziyanın həcmini hesablayır. Təbii fəlakət Xaraquli rayonunun Didvake kəndində də fəsadlar törədib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA