Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 20-yə çatdı

  • 2019-01-26 13:40:48
  • |
  • Region /

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 20-yə çatdı

Gürcüstanın Zuqdidi şəhərində “donuz qripi” adlandırılan A (H1N1) virusundan bir nəfər ölüb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, həmin şəxs qrip simptomları ilə xəstəxanaya yerləşdirilib və ötən gün dünyasını dəyişib.

Bununla da qonşu ölkədə “donuz qripi”ndən ölənlərin sayı 20 nəfərə çatıb.

Hazırda Zuqdidi xəstəxanasında 19 pasiyent qripdən müalicə olunur. Onlardan 6-sı uşaqdır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA