Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatdı

  • 2019-01-12 10:04:35
  • |
  • Region /

Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatdı

Gürcüstanda qripin ağır formasından ölənlərin sayı 15-ə çatıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

O bildirib ki, mövsümi qripdən ölənlərin 5-i Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin payına düşüb.

Mərkəz direktoru qeyd edib ki, qriplə bağlı xəstəxanalara yerləşdirmə halları 616-dan 845-ə qədər, reanimasiya şöbələrində olanların sayı isə 39-dan 44-ə qədər artıb.

Hazırda qonşu ölkədə 100 min sakinə 256 qripə yoluxan şəxs düşür.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA