Gürcüstandan Azərbaycana qarşı formalaşan YENİ TƏHDİDLƏR...

Gürcüstandan Azərbaycana qarşı formalaşan YENİ TƏHDİDLƏR...

Kamran Sultanlı: "Bu gün Qərbdəki bütün milliyətçi hərəkat və siyasətçilər Rusiyanın dostu, müttəfiqidir"

"Gürcüstan və Ermənistanın Avropa ilə yaxınlaşaraq, bizə qarşı güclü əl formalaşdırmalarına imkan verməməliyik"

"İyunun 16-sı Gürcüstanın paytaxtı Tiflisin mərkəzində rusiyayönümlü, panprovaslanist hərakatlar "Gürcüstan Vətənpərvərlər Alyansı" , "Gürcü Marşı" və başqa rusiyayönümlü hərakatlar mitinqlər keçirtdi. Mitinqdə NATO-ya yox, rədd olsun NATO və "David Qareçi" Gürcüstanındır kimi şüarlar səsləndirildi. Bu hərakatların mitinqləri bizim üçün maraqlı olmalıdır". "Hürriyyət" xəbər verir ki, bu fikirlər müstəqil ekspert Kamran Sultanlıya məxsusdur.

Onun sözlərinə görə, Gürcüstanın Avropa Birliyi ilə assosativ saziş imzalamasından, Avroatlantik inteqrasiyanı əsas xarici siyasi strategiya elan etməsindən sonra, şimal-qərb qonşumuzda ultra milliyətçilik genişlənməyə başlandı: "Qərbdə ultra sağçılığın genişlənməsi və liberal dəyərlərlə mübarizə trendi, Gürcüstandan da yan keçmədi. Xüsusilə, Gürcüstanda panprovaslavçı "Gürcüstan Vətənpərvərlər Alyansı" və "Gürcü Marşı" kimi hərakatlar nüfuz qazanmağa başladı. Bu hərakatlara ənənəvi siyasi partiyalara qarşı alternativ kimi baxılırdı. Bu hərakatların ideosentrizmində isə din amilinin xüsusi rolu var. Ümumiyyətlə, Gürcüstanda dinin milliyətçiliyə geniş bağlılığı var. Gürcüstanın NATO və Avropa Birliyinə üzvlüklə bağlı Qərbin prosesi uzatması, gürcü toplumunda bu hərakatların populyarlığını daha da artırdı. Xüsusilə, Gürcüstanda olan dindar kəsim Qərbin katolik-protestant dairələrindən çəkinir və onlarla ideoloji dekordinasiyaya malikdirlər. Bu hərakatlar həmçinin, NATO-ya da isti yanaşmırlar. Qərbin, Ukraynada kilsəyə avtokefali statusunu da, Ukrayna kimi eyni siyasi kursa malik və Rusiya ilə açıq münaqişə də olan rəsmi Tiflisi tanımadı. Çünki kilsənin bu prosesə müsbət rəyi yox idi".

Kamran Sultanlı hesab edir ki, bu hərakatların Gürcüstanda genişlənməsi, Azərbaycan üçün də yeni situasiyalara yol açır: "Bu hərakatlar Rusiya üçün böyük kartdır. Bundan əvvəl qeyd etmişdim ki, Rusiyanın Gürcüstana təsir imkanları Azərbaycandan çoxdur. Moskva Qafqazda Gürcüstanı parçalamaqla və ya orada təsir mexanizmlərini saxlamaqla ümum Cənubi Qafqaz regionunun Qərbə çıxış qapısında söz sahibi olmağa çalışır. Gürcü kilsəsi bu baxımdan Rusiya üçün böyük təsir mexanizmidir. İvanaşvili və Zurabaşvili dindar olmasalar da və ya dini eyforiyaya çox qapılmasalar da, onlar kilsə ilə kompromisə gedir və kilsənin nüfuzundan yararlanmağa çalışırlar. Örnəyi İvanaşvilinin hakimiyyətə gəldiyi andan bu tərəfə tikdirdiyi məscidlər və Zurabaşvilinin prezident inaqurasiyasında Gürcüstan patriarxının əlini öpməsi, monastr kompleksinə xaş yürüşü və.s hadisələr kiçik görsənə bilər, lakin birləşdirəndə geniş bir mənzərə formalaşır. Kilsəyə qarşı dirəniş göstərən və kilsənin qərarları ilə hesablaşmayan həqiqətən də Avropa yönümlü düşüncə sərgiləyən Saakaşvili idi. Buna görə də, kilsə Mişa ilə yola getmirdi və onun Gürcüstanda olmasına isti baxmırdı. Gürcüstanın bu hərakatları, Rusiyanın onları dini və etnik kimliklərinin islam fundamentalizmdən qoruduqlarına inanırlar. Ümumən bu gün Qərbdəki bütün milliyətçi hərəkat və siyasətçilər Rusiyanın dostu, müttəfiqidir. Almaniyada AFD, Fransada Le Pen, İtaliyada Konte və Matti ikilisi, Çexiyada Zeman, Avstriyada Vurst, Makedoniyada İvanov və Zaevi misal göstərə bilərik. Eyni tendensiya özünü Gürcüstanda da göstərir".

Məhz bütün bunları nəzərə alan ekspertin fikrincə, sözügedən iki hərəkat Azərbaycana qarşı yeni təhdidlər formalaşdıra bilər: "Rusiya da çalışır ki, bu hərakatların vasitəsilə Qoblun təbirincə desək, regionun Qərb yolu olan Gürcüstanı qapatsın. Tiflis artıq özünü regiondan ayırır və özünü Qara dəniz ölkəsi kimi təqdim etmir. Gürcüstan həmçinin, Azərbaycanın tranzit cəhətdən ondan aslı olduğunu və çıxış qapımızın Gürcüstan olmasından istifadə edərək Azərbaycana qarşı maksimal tələblər irəli sürür. Bu istiqamətdə Qareçi kompleksinin Gürcüstanın yurisdiksiyasına keçilməsi və ya ixrac etdiyimiz qazın qiymətində endirimə nail olmağı misal göstərmək olar. Təbii ki, ölkəmizin Gürcüstana qarşı təsir mexanizmləri var. Bu il Azərbaycan Gürcüstanın idxal etdiyi qazın 97%-ni təmin edib. Həmçinin, Tiflis indi "Poti" və "Kulevi" terminallarına qarşı Anakliya limanı ilə alternativ formalaşdırmağa çalışır. Bu limanın tikintisində ləngimələr var. Həmçinin, limanın donorluğu uğrunda İvanaşvili və Hazaradze arasında uzun çəkişmələr, amerikalılar və çinlilər arasında tender uğrunda geniş rəqabət var idi. Gürcüstanda olan hərakatlar və müxtəlif qruplar özləri də bilmədən üçüncü tərəfə oynayırlar. Ölkəmizin Gürcüstanda təsir mexanizmlərini saxlamaq üçün Avropa Birliyi ilə anlaşmanı imzalamalı, ÜTT-ə üzv olmalı və Gürcüstan azərbaycanlılara dəstəyi artırmalıdır. Zənnimcə, Gürcüstan və Ermənistanın Avropa ilə yaxınlaşaraq, bu işdə bizə qarşı güclü əl formalaşdırmalarına imkan verməməliyik. Xüsusilə, Qərbin regionda ən böyük ticarət tərafdaşı kimi əlaqələri daha genişləndirməliyik".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA