Gürcüstanın Azərbaycandilli məktəbləri üçün yeni dərsliklər nəşr olunacaq

  • 2019-06-11 13:49:49
  • |
  • Region /

Gürcüstanın Azərbaycandilli məktəbləri üçün yeni dərsliklər nəşr olunacaq

2019-2020-ci tədris ilində Gürcüstanın Azərbaycandilli məktəbləri üçün yeni dərsliklər nəşr olunacaq.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən “Batumelebi” nəşrinə bildiriblər.

Nazirliyin Məktəbəqədər və ümumi təhsilin inkişafı departamentinin sədr müavini Eka Lecava bildirib ki, dərsliklər I-VI sinifləri əhatə edəcək.

Onun sözlərinə görə, həmin dərsliklər yeni milli plana uyğun hazırlanıb: “Qeyri-gürcü dilli məktəblər üçün dərsliklər üç - Azərbaycan, erməni və rus dillərində nəşr olunacaq. Gürcü dili və ədəbiyyatı dərsliyi də yenilənəcək”.

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi dərsliklərin nəşri ilə bağlı artıq tender elan edib. I-VI siniflər üçün 1 817 800, VIII-XII siniflər üçün 355 160 kitab və iş dəftərlərinin nəşrinə, ümumilikdə, 7 milyon 790 239 lari xərclənəcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA