Gürcüstanın Prezident Administrasiyasının rəhbəri İSTEFA VERDİ

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri İSTEFA VERDİ

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.

O, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.

Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub.\\Report

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA