Hacı Əliyevə məğlub olan rusiyalı güləşçi revanş arzulayır: "Gələn döyüşümüz başqa cür olacaq" - VİDEO

Hacı Əliyevə məğlub olan rusiyalı güləşçi revanş arzulayır: "Gələn döyüşümüz başqa cür olacaq" - VİDEO

Hurriyyet.org bildirir ki, rusiyalı güləşçi Hacımurad Rəşidov azərbaycanlı idmançı Hacı Əliyevlə döyüşünü şərh edib.

Oxu.Az Hacımurad Rəşidovun wrestdag.ru-ya müsahibəsini təqdim edir:

- Sənin bu il bir neçə güclü güləşçi ilə döyüşün olub. Onlardan hansı ilə görüş daha ağır olub?

- Rusiyalı rəqiblərdən Əhməd Çakayev, xarici güləşçilərdən isə gürcü Vladimir Xinçeqaşvili ilə tatamidə görüş daha çətin olub. Onlarla dünya çempionatında döyüşüm çox ağır keçib.

- Bəs niyə finalda uduzduğun Hacı Əliyevlə görüşü vurğulamadın?

- Əliyev üçqat dünya çemionudur, bu da çox şeydən xəbər verir. Bundan başqa, bizim Parisdəki görüşümüz göstərici deyil. Finalda mənim döyüşmək üçün gücüm qalmamışdı. Bəlkə də bu, bəhanə kimi səslənir. Lakin qoy belə düşünənlər mənim kimlə döyüşməli olduğuma, eləcə də Hacının rəqibinin kim olduğuna baxsınlar.

- Bu sizin tatamidə ilk görüşünüz idi?

- Bəli, əvvəllər onunla üzləşməli olmamışam. Mən məğlubiyyətimdən nəticə çıxaracağam və bizim gələn döyüşümüz başqa cür olacaq.

Xatırladaq ki, dünya çempionatının finalında 61 kq çəki kateqoriyasında Hacı Əliyev Hacımurad Rəşidovun üzərində 7:1 hesabı ilə qələbə qazanıb.

Loading...

QALEREYA