Hacı Muradın cəsədi necə oğurlanıb? - Qəbrin üzərindəki daşı dağıtmadan... - VİDEO

  • 2019-06-07 10:20:33
  • |
  • Aktual /

Hacı Muradın cəsədi necə oğurlanıb? - Qəbrin üzərindəki daşı dağıtmadan... - VİDEO

Müsavat Partiyasının başqanı Arif Hacılı iyunun 6-da Qax rayonunun Tanqıt kəndi yaxınlığında Birinci Qafqaz müharibəsinin iştirakçısı və imam Şamilin silahdaşı Hacı Muradın məzarı olan qəbiristanlıqda olub.

O, Turan-ın müxbiri ilə söhbətində Hacı Muradın cəsədinin qalıqlarının oğurlandığı qənaətinə gəldiyini bildirib."Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmə sökülüb, orada qazıntı aparılıb. Görünür Hacı Muradın orada olan nəşini çıxarmaq üçün qəbrin üzərində olan daşı dağıtmadan, onun böyründə qazıntı aparmaqla nəşi götürüblər. Məzarın ətrafında yenicə qazılmış torpaq da görünür. Bu mənzərədən belə qənaətə gəldim ki, Hacı Muradın nəşinin oğurlanaraq Rusiyaya aparılması barədə məlumatlar həqiqətə uyğundur", deyə o qeyd edib.

 

 

Hacılı deyib ki, Hacı Muradın məzarında hansısa araşdırma aparıldığı görünmür. "Qəbrin mühafizəsi üçün hər hansı nəzarət yoxdur. Hətta qəbrin ətrafında adi təmizlik işləri belə aparılmayıb. Köhnəlmiş güllər belə götürülməyib. Belə görünür ki, hüquq-mühafizə orqanları bu işlə qətiyyən maraqlanmayıb."

 

 

Partiya sədri qəbrin dağıdılmasının, nəşin oğurlanmasının Azərbaycanın konstitusiyasına, qanunlarına və dinə zidd olan bir vandalizm hərəkəti olduğunu deyib."Bu hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, gömrük, sərhəd orqanları məsələ ilə bağlı sorğulanmalıdır. Dərhal əraziyə ekspertlər göndərilməlidir. Onlar vəziyyəti araşdırmalı, ictimaiyyətə məlumat verilməlidir", deyə o qeyd edib.

 

A.Hacılı məzarlıqdan çəkilmiş videokadrları da paylaşıb:

 

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA