HACIBALA ABUTALIBOV DAHA BİR EV YIXDI – Uzun illər ərzində tikdiyi evinin dağıdılmasına etiraz edən vətəndaş özünü doğradı - VİDEO

HACIBALA ABUTALIBOV DAHA BİR EV YIXDI – Uzun illər ərzində tikdiyi evinin dağıdılmasına etiraz edən vətəndaş özünü doğradı - VİDEO

Söhbət ondan gedir ki, Kərimova Rəna Müştəba qızı adlı vətəndaş Suraxanı rayonunun müvafiq idarələri tərəfindən verilən saxta sənədlər əsasında 17 ildir istifadəsində olan ərazinin guya ona aid olduğunu iddia edir. Hansı ki, onunla “Riyad” arasında bağlanmış saxta müqavilə sənədində mühafizə xidməti Suraxanı rayonu, Qaraçuxur qəsəbəsini qorumağı öz üzərinə götürüb. Yəni torpaq sahəsinin ünvanı göstərilmir. Çünki həmin “sənədlərdə” də torpağın ünvanı kimi sadəcə “Qaraçuxur qəsəbəsi” göstərilir. Eyni zamanda, sözügedən torpaq sahəsinə “Azərişıq” ASC tərəfindən qanunsuz olaraq qoyulan sayğac da tamamilə fərqli ünvana qeydiyyatdadır. Bu səbəbdən də elektrik enerjisinə görə borc qəbzləri sayğac qoyulan əraziyə deyil, qəsəbənin fərqli ünvanına göndərilir.

Buna rəğmən, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları ailə üzvlərinə təzyiq göstərərək, onların qanuni torpaq sahəsinin kənar şəxslər tərəfindən ələ keçirilməsinə yardımçı olmağa çalışıb. Lakin onların bu planı baş tutmadıqdan sonra Kərimova Rəna Müştəba qızı məhkəməyə müraciət edib.

Qeyd etdiyimiz kimi, noyabrın 10-da Suraxanı rayon Məhkəməsində iddiaçı tərəfin şikayətinə baxılıb. Maraqlıdır ki, torpaq qalmaqalı ilə bağlı keçirilən prosesdə ittiham olunan tərəfin iştirakına imkan verilməyib. Yəni prosesin qapalı keçirildiyi iddia olunaraq, sadəcə iddiaçı tərəfin məhkəmədə iştirakına şərait yaradılıb.

““

Maraqlıdır ki, bu məsələyə məhkəmədə baxıldığı ərəfədə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən əraziyə baxış keçirilib. İcra başçısı müavininin iştirakı ilə keçirilən baxış zamanı ərazidə hər hansı qanunsuzluq aşkar olunmadığından, bu problemin həllini məhkəmənin öhdəsinə buraxıblar. Lakin BŞİH işçiləri ərazini tərk edər-etməz, Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları ağır texnikanı əraziyə yeridərək, 2002-ci ildən əsası qoyulan və hələ də tikintisi tam olaraq başa çatmayan evi yerlə-yeksan ediblər.

Qeyd edək ki, illərlə çəkdiyi zəhmətin bir anın içərisində məhd edildiyini görən Tağıyeva Natiqə Rüstəm qızının oğlu Eləşən, çarəsiz vəziyyətdə qalaraq özünə xəsarət yetirib. Evin dağıdılmasını və vətəndaşın özünə xəsarət yetirdiyi ni özündə əks etdirən videogörünütləri oxucularımıza təqdim edirik:


RƏŞAD, Hurriyyet.org

““ 

  • Hamısı
  • Loading...