Hafiz Hacıyev canlı yayımda ayaqqabısını çıxardı - “On yerdən yamağı var, kostyumum da 13 manatdır”

Hafiz Hacıyev canlı yayımda ayaqqabısını çıxardı - “On yerdən yamağı var, kostyumum da 13 manatdır”

Müasir Müsavat Partiyasının sədri "Yeni Müsavat" qəzetinin "Facebook" səhifəsindəki canlı yayımda ayaqqabısını çıxardıb.

Partiya sədri maddi durumundan şikayətlənib:

"Mən acından ölənin biriyəm, ayaqqabımın on yerdən yamağı var. Pinəçi deyir ki, sənin ayaqqabın o qədər köhnəlib ki, yamaq götürmür. Kostyumumun qiyməti 13 manatdır".

H.Hacıyevin ayaqqabısını göstərəndən sonra bir neçə tamaşaçı ona ayaqqabı almaq təklifi edib. H.Hacıyev qarşılığında "Partiyamız Azadlıq prospektində yerləşir. Buyursunlar, ora gətirsinlər" - deyə bildirib. /"Yeni Sabah" /

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA