Hakerlər FTB agentlərinin məlumatlarını ƏLƏ KEÇİRDİLƏR

  • 2019-04-13 14:24:51
  • |
  • Dünya /

Hakerlər FTB agentlərinin məlumatlarını ƏLƏ KEÇİRDİLƏR

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Federal Təhqiqat Bürosunda xidmət edən 4 min nəfərə yaxın əməkdaşın məlumatlarını hakerlər tərəfindən ələ keçirildiyi aşkara çıxıb.

“Techcrunch” internet saytının yazdığına görə, onlar FTB Milli Akademiyası dərnəyinə məxsus internet saytlarına sızaraq federal agent və asayiş qüvvələrinin əməkdaşlarının şəxsi məlumatlarını oğurlayıblar. Bu məlumatlar arasında əməkdaşların adlarının, ünvanlarının, telefon nömrələrinin və elektron poçt ünvanlarının olduğu bildirilir. Hakerlər 4 min nəfərə yaxın əməkdaşın şəxsi məlumatlarını Ukraynada fəaliyyət göstərən bir internet saytı vasitəsi ilə yayıblar.

İnternet saytına açıqlama verən hakerlərdən biri FTB-dən başqa, ABŞ hökuməti ilə bağlı mindən artıq veb saytına sızaraq 1 milyondan artıq dövlət qulluqçusunun şəxsi məlumatlarını ələ keçirdiklərini iddia edib. Haker bu məlumatları “qaranlıq veb” adlandırıb və gizli şəkildə anonim alıcılara satmağı planlaşdırdıqlarını bildirib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA