“Hakim İbrahim Fəttahov məhkəməyə təqdim etdiyim subutları və faktları araşdırmadan, iddiamı təmin etmədi” - Göyçaylı sahibkardan PREZİDENTƏ MÜRACİƏT

“Hakim İbrahim Fəttahov məhkəməyə təqdim etdiyim subutları və faktları araşdırmadan, iddiamı təmin etmədi” -  Göyçaylı sahibkardan PREZİDENTƏ MÜRACİƏT

Göyçay rayon Bığır kənd sakini Mayılov Çingiz Sabir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:

“Cənab Prezident!

Mətbuat vasitəsi ilə sizə müraciət edərək bildirirəm ki, Göyçay şəhər sakini Beydullayeva Sona Vahid qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı ərizəsində mənim haqqımda böhtan və yalan məlumatlar yaymışdır. Belə ki, o ərizəsində qeyd etmişdir ki, mən onu işləmək adıyla aldadaraq Gürcüstan Respublikasına aparmışam. Onun bu ərizəsi əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılma aparılmış, şahidlər dindirilmiş, göstərdiyi faktlar yoxlanılmış, onun mənim haqqımda yazdıqlarının yalan və böhtan olduğu üçün istintaq şöbəsi tərəfindən 13 yanvar 2018-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir.

Hər bir vətəndaşın Daxili İşlər Nazirliyinə müraciət etmək hüququ var. Bu o demək deyil ki, o, müraciətdə digər vətəndaşı təhqir edib, ona yalan və böhtan atsın. Mən sahibkaram. Sona Beydullayeva da yazdığı təhqir, yalan və böhtan dolu ərizəsində işçilərimin, qohumlarımın, əhatəmdə olan insanların və işgüzar əlaqə qurduğum qonşu Gürcüstan Respublikasında olan şəxslərin arasında məni təhqir edib və nüfuzdan salıb. Ona görə də mən Beydullayeva Sona Vahid qızına qarşı "Şərəf ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə əlaqədar məlumatların təkzib edilməsinə, dindirilmiş şahidlərin və cinayət işini aparan müstəntiqin yanında üzr istənilməsinə və mənəvi zərərin ödənilməsinə dair" iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etdim. Lakin Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov məhkəməyə təqdim etdiyim subutları və faktları araşdırmadan qanunsuz və əsassız olaraq formal qətnamə ilə mənim bu iddiamı təmin etmədi. Belə hakim İbrahim Fəttahov mənim məhkəməyə təqdim etdiyim Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin 13 yanvar 2018-ci il "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" olan qərarı araşdırmadan formal olaraq bu qərarı verib. Çünki həmin qərarda şahid kimi adları çəkilən şəxslər İŞ-də izahat verərək bildirmişdirlər ki, Sona Beydullayevanın ərizəsində yazdığı məlumatlar yalan və böhtandır.

Eyni zamanda hakim İbrahim Fəttahov Sona Beydullayevanın mənim haqqımda yazdığının yalan və böhtan olmasının müəyyən olunması üçün məhkəmə-linqivistik ekspertizasının keçirilməsi haqqında qərar qəbul etməli idi. Amma nədənsə araşdırılması zəruri olan bu halları İbrahim Fəttahov araşdırmadı.

Mən İbrahim Fəttahovun bu qərarından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti etmişəm. Mənim şikayətim icraata götürülüb və İnşallah Quliyevin sədrliyi ilə 25 iyun 2019-cu il tarixində Şəki Apellyasiya Məhkəməsində birinci iclası keçiriləcək. Mən hakim İnşallah Quliyevə məhkəmə-linqivistik ekspertizasının keçirilməsi üçün vəsatətlə müraciətdə etmişəm. Bu məhkəmədə ədalətin və obyektivliyin bərqərar olması üçün ekspertizanın keçirilməsi mütləqdir. Ona görə də xahiş edirəm 25 iyun 2019-cu il tarixində Şəki Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında hakim İnşallah Quliyevin məhkəmə-linqivistik ekspertizasının keçirilməsi haqqında qərar qəbul etməsinə köməklik göstərəsiniz”.

KƏNAN, Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA