Əhali rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib - BİR AYDA

  • 2019-02-23 12:46:26
  • |
  • Sosial /

Əhali rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib - BİR AYDA

2019-cu ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 150,7 milyon manatlıq xidmət göstərib ki, onun da 75,2 faizi əhali tərəfindən istehlak olunub.

Hurriyyet.org trend-ə istinadən xəbər verir ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 44,0 faizi və ya 66,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA