“Harada görmüşük ki, 25 yaşlı biri tərəfləri barışdırsın?” – Həsənquliyev etiraz etdi

“Harada görmüşük ki, 25 yaşlı biri tərəfləri barışdırsın?” – Həsənquliyev etiraz etdi

““Mediasiya haqqında” qanun layihəsinə görə mülki və ailə mübahisələri ilə bağlı icbari olaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya orqanına müraciət edilməlidir”.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında “Mediasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev söyləyib.

Q. Həsənquliyev deyib ki, bu halda tərəflər müəyyən xərclər ödəməlidirlər:

“Mediasiya xərcləri kifayət qədər genişdir. Tutaq ki, rüsum müəyyənləşəcək, digər məsələlər açıq qalacaq”.

O bildirib ki, mediasiya institutu məhkəmələrin işinin azaldılması üçün nəzərdə tutulur: “Qanuna görə mediator 25 yaşlı, ali təhsilli, 3 il iş təcrübəsinə malik olmalıdır.

Ancaq 25 yaşlı şəxsin hüquqi təhsili yoxdursa, bu şəxs necə tərəflər arasında vasitəçilik edə biləcək? Mediatorların hüquqşünas olması tələb olunmalı, eyni zamanda hüquqi təcübələrinin olması tələb edilməlidir.

Keçmiş vəkillər, hüquqşünaslar, hüquq-mühafizə oranlarının sabiq işçilərinə mediator olmaq hüququ verilməlidir. Yoxsa vətəndaşı məcbur edəcəyik ki, məhkəmədən əvvəl boş yerə mediatora müraciət et ”.

Q. Həsənquliyev nəzərə çatdırıb ki, Azərbaycanda adətən, yaşlı insanlar, ağsaqqallar tərəfləri barışdırmaq missiyasını yerinə yetiriblər: “Biz harada görmüşük ki, 25 yaşlı gənc tərəfləri barışdırmaq missiyasını yerinə yetirsin? Ona görə də mediatorlarla bağlı yaş həddi də ən azı 30 yaşa qaldırılmalıdır”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA