“Haraları işğal eləmək istəyirsiniz” sualına Trampdan MARAQLI CAVAB

  • 2019-05-20 17:34:10
  • |
  • Dünya /

“Haraları işğal eləmək istəyirsiniz” sualına Trampdan MARAQLI CAVAB

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “FOX News” kanalına müsahibə verərkən Venesuela barəsində iddiaları xatırladan jurnalistin “Haraları işğal eləmək istərdiniz” sualına etiraf kimi bir cavab verib. Tramp deyib: “İşğal istəyirəm, əgər məcbur olsam, iqtisadi olaraq”.

Bu sualın cavabı həm də İranla ABŞ arasındakı nüvə gərginliyi fonunda Tehrana meydan oxumaq kimi də qiymətləndirilib.

Qrahamdan Trampa cavab

Donald Trampın bu ilin əvvəllərində senator L.Qrahamla söhbəti zamanı Venesuelada hərbi qüvvədən istifadə eləmək fikrini ortaya atdığı iddia edilmişdi.

Trampın ondan “Venesuelaya hərbi müdaxilə məsələsində nə fikirləşdiyini” soruşduğunu söyləyən Qraham cavabında prezidentə “Bu məsələdə yavaş olmalıyıq, bu seçim problemlər yarada bilər” dediyini bildirib.

Qraham bu sözdən sonra Trampın heyrətləndiyini və “Sən hər yeri işğal eləmək istəyərsən, mənim istədiyim yerdən başqa” dediyini bildirmişdi. Qraham da bunun cavabında: “Mən heç kimi işğal eləmək istəmirəm. Hərbi qüvvədən sadəcə milli mənfəətimiz təhdid edildiyi zaman istifadə eləmək istəyirəm”, - söylədiyini bəyan edib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA