HARDASAN, AZƏRBAYCAN DÖVLƏTİ? - Lüksemburqda soydaşlarımıza soyuq silahla xətər yetiriblər!

HARDASAN, AZƏRBAYCAN DÖVLƏTİ? - Lüksemburqda soydaşlarımıza soyuq silahla xətər yetiriblər!

Vaxtilə ölkəmizdə idman jurnalisti kimi çalışan, hətta “İdman” qəzetinin baş redaktoru olan Toğrul Bağırov “Qarabağ”ın “Düdelanj”la səfər oyununu tribunadan və oyundan sonra şəhər küçələrində yaşananları izləyənlər arasında olub. Sən demə, erməni təxtibatı dron qalmaqalı ilə bitməyib. Vəhşilik küçələrdə də davam edib. Maraqlıdı ki, Azərbaycan dövlətinin rəsmi orqanları hələ ki heç bir səviyyədə Lüksemburqda yaşananlara reaksiya verməyib. Bağırovun “feysbuk” hesabında paylaşdığı statusla tanış olun: Oyundan sonra əllərində soyuq silah olan bir qrup erməni bizim gənclərə gözlənilmədən hücum edib, bir neçəsinə zədə yetirdi. Bu alçaqlar torpağımızı alıb, yenə də dayanmırlar. Təxribatlar, hücumlar səngimir. Yerli polis gəlib, heç nə eləmədi. Uşaqlardan heç bu videonu da götürmədilər. Artıq bunu belə qoymaq olmaz. Bu milləti heç yanda adam yerinə qoymurlar. Bu video və xəbər bütün mətbu orqanlarında yayılmalıdı. Azərbaycan hökuməti bunun araşdırılmasını tələb eləməlidi və bu yoldan dönməməlidi. Azərbaycan hökuməti o dronu buraxan adamın ciddi cəzalandırılmasını tələb etməlidi və bu prosesi sonadək izləməlidi. Ancaq bu yolla biz onların qarşısını ala bilərik. Boş-boşuna bir-birimizə “Qarabağ” bizimdi” deməklə yox”.

HƏBİB