“Hava duman olduğuna görə evi tapa bilməyib” - Çay kənarında meyiti tapılan şəxsin qardaşı - VİDEO

“Hava duman olduğuna görə evi tapa bilməyib” - Çay kənarında meyiti tapılan şəxsin qardaşı - VİDEO

Şamaxının Göylər kəndi ərazisində, çay kənarında kişi meyiti tapılıb.

Hurriyyet.org xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədin aşkar edildiyi yerə baxış keçiriblər.

İlkin araşdırmalar zamanı məlum olub ki, meyit Şamaxının Göylər kənd sakini 51 yaşlı Taleh Məhyəddinova məxsusdur.

Abbas Qasımov – Mərhumun qonşusu: “Heyvanları yerbəyer etdikdən sonra çıxıb. Dumana düşüb, azıb. Qonşular yığışıb axtardıq. Kəndin əkin sahələri olan tərəfindən tapıldı”.

İqbal Məhyyədinov – Mərhumun qardaşı: “Hava duman olduğuna görə evi tapa bilməyib”.

Kənd sakini: “Dumana düşüb. Gecə səhərə qədər axtarmışıq. Bu gün tapıldı”.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır./ARB TV/

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA