HÜCUMA KEÇDİLƏR! 3 nəfər hərbçi...

HÜCUMA KEÇDİLƏR! 3 nəfər hərbçi...

Hurriyyet.org xəbər verir ki, Ukrayanın şərqində Rusiya tərəfdarı olan separatçılarla dövlət qüvvələri arasında ağır silahlarla döyüş olub, 3 ukraynalı hərbçi həlak olub, 3-ü isə yaralanıb.

Ukraynanın Müdafiə Nazirliyinin Terrorla Mübarizə İdarəsinin mətbuat katibi Leksanr Motuzyanik ölkənin şərqindəki atışmalarla bağlı jurnalistlərlə məlumat verib.

Donbasda hücumların artdığını bildirən Motuzyanik, hücumların daha çox Luqanskda olduğunu da bildirib.

Ukrayana tərəfinin hücumlara sadəcə bir dəfə cavab verdiyini deyən Motuzyanik söyləyib: “Son bir gün ərzində döyüşlərdə 3 Ukrayna hərbçisi öldü, 3 hərbçi isə yaralandı”. Motuzyanik, Minsk müqaviləsinin şərtinə əməl edən, Ukrayna hərbçilərinin ağır silahlarını bölgədə müəyyən uzaqlıqda saxlamağa davam elədiyini vurğulayıb.

Belarusun paytaxtı Minskdə Yeni ildən əvvək keçirilən üçtərəfli təmas qrupunun iclasında tərəflər Milad bayramı səbəbindən atışmaların dayandırılması üçün razılaşma əldə etmişdilər.

Hurriyyet.org

Loading...

QALEREYA