HDP-dən CHP-yə çağırış: MEHMETCİYƏ QARŞI İTTİFAQ

  • 2019-05-14 13:19:41
  • |
  • Region /

HDP-dən CHP-yə çağırış: MEHMETCİYƏ QARŞI İTTİFAQ

Hurriyyet.org xəbər verir ki, Türkiyədə PKK-nı dəstəkləməsi ilə tanınan HDP (Xalqların Demokratiyası Partiyası) partiyasının həmsədri Sezai Temelli İstanbul seçkilərində bir daha CHP-ni dəstəkləyəcəklərini bildirib və CHP-HDP ittifaqından nəyi gözlədiklərini deyib: “AKP-MHP blokunu bir daha məğlub eləmək istəyirsinizmi? Bunun üçün təcridə qarşı, savaşa qarşı çıxmaq lazımdır. Məhz o zaman demokratiya mübarizəsində birləşmək olar”. Temelli verəcəkləri dəstəyin müqabilində üstüörtülü şəkildə “demokratiya ittifaqı”nın qurulmasını istəyib: “Məhz o zaman demokratiya ittifaqı həqiqi bir ittifaq olar, bu cumhur ittifaqının qarşısına çıxar. 23 iyun təkcə bələdiyyə başçılığı seçkisi deyil, bir demokratiya referendumudur. O demokratiya referendumunda Türkiyə xalqları, müxalifət bütün səmimiyyəti ilə, mütləq, amma mütləq birləşməlidir. Bu birləşmə baş verərsə, bələdiyyə başçılığını da, məclis üzvlüyünü də qazanmaq olar. Amma bunlardan da üstün odur ki, Türkiyənin demokratiya yolu, sülh yolu açılar, İmralının yolu açılar. Gəlin cəsur olun, faşizmi bəsləyən qorxudur. Bu qorxunu birlikdə yıxaq. Əlbir olub savaşa və təcridə son qoyaq”.

Temelli bu sözləri HDP partiyasının Diyarbakır rayonundakı iclasında söyləyib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA