HDP açıq-açkar TSQ-ni “İŞĞALÇI” ADLANDIRDI

  • 2018-11-08 11:40:43
  • |
  • Region /

HDP açıq-açkar TSQ-ni “İŞĞALÇI” ADLANDIRDI

Hurriyyet.org xəbər verir ki, CHP-nin səsləri sayəsində Məclisə daxil olmağa haqq qazandığı iddia edilən HDP vəkilləri açıq-aşkar şəkildə PKK terror təşkilatının tərəfini tutmağa başlayıb. Türkiyə Silahlı Qüvvələrini açıq-aşkar təhqir edən HDP millət vəkili Serpil Kemalbay Türkiyənin Afrin terrorçularına qarşı əməliyyatını işğal cəhdi kimi qiymətləndirib.

TBMM Səhiyyə, Məşğulluq və Sosial İşlər Komissiyasında 11 saat davam edən görüşlər zamanı sərt mübahisələr olub. Mübahisələrin mənbəyi isə yenə də PKK terror təşkilatının siyasi qanadı HDP olub.

Təşkilata vəkillik edən HDP nümayəndələri Tuncelidə donaraq şəhid olan türk hərbçilərinin ruhunu narahat edəcək sözlər söyləyib: “Əslində bu əsgərlər orada olmamalı idilər. Onlar müharibə siyasəti nəticəsində orada olublar və mühadibə və döyüşlər olmasa idi onlar bu gün yaşayacaqdırlar”. Kemalbay Türkiyənin şimalında yuva salmış terrorçulara qarşı aparılan əməliyyatı isə işğal cəhdi adlandırıb.

Hurriyyet.org

Loading...

QALEREYA