“Həbs olunacağımı 3 gün əvvəldən bilirdim” - Senator Rauf Araşukov

“Həbs olunacağımı 3 gün əvvəldən bilirdim” - Senator Rauf Araşukov

Həbs edilmiş Rusiya Federasiya Şurasının üzvü Rauf Araşukov bu gün məhkəmə qarşısına çıxarılıb.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, senator Lefortovo təcridxanadasında saxlanıldığı şəraitdən şikayət edib.

Rauf Araşukov deyib: “Deyirdilər ki, bu karantindir, amma daha çox karserə oxşayır. 5 gündür heç bir diqqət yoxdur, mən yeməkdən imtina etmişəm. Evdən gətirilən yeməyi və başqa əşyaları isə ötürməyiblər.

Hal-hazırda mən Federasiya Şurasının üzvüyəm. Bütün günü məni əli qandallı ora-bura aparırlar – burda dayanın, orda oturun. Buna diqqət yetirməyinizi xahiş edirəm.

Məni 18 il müddətinə həbs edilmiş terrorçu ilə bir kameraya salıblar! Əgər qaçmaq istəsəydim, qaçardım. İmkanım var idi. 3 gün əvvəldən xüsusi əməliyyat olacağını bilirdim!

Adımı ləkələyiblər, üstümə çirkab atırlar. Üç sutkadır yatmıram, sadəcə olaraq, bunu biləsiniz”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA