Həbsdə olan prodüsser Təranə Səmədovadan XƏBƏR VAR

Həbsdə olan prodüsser Təranə Səmədovadan XƏBƏR VAR

Bakı Apellyasiya Məhkəməsində şikayəti təmin edilməyən Təranə Səmədova Ali Məhkəməyə müraciət edib.
Hurriyyet.org olke.az-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək baxış içlası aprel ayının 9-na təyin edilib.

Qeyd edək ki, T. Səmədova barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Apellyasiya Məhkəməsində birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA