Həbsdə olanları azad etdirəcəkdi, özü həbs edildi - Nazirlik işçisinə hökm oxundu

Həbsdə olanları azad etdirəcəkdi, özü həbs edildi - Nazirlik işçisinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Mətləb İlyasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hurriyyet.org musavat.com-a istinadən Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən M.İlyasov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

M.İlyasov bir neçə şəxsə qarşı dələduzluq etməkdə təqsirləndirilir.

İttihamda yazılır ki, o, həmin şəxsləri işə düzəldəcəyinə və onların yaxın qohumlarını həbsdən azad etdirəcəyinə vəd edərək onları aldadıb.

M.İlyasov barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, külli miqdarda), 34, 312-ci (rüşvətə təhrik etmə) və 320-ci (sənədləri məhv etmə) ittihamı irəli sürülüb.

Qeyd edək ki, o Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin keçmiş əməkdaşı olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA