“Həftə ərzində 65 saatdan çox teleserial yayımlanır” – MTRŞ

“Həftə ərzində 65 saatdan çox teleserial yayımlanır” – MTRŞ

“Mart ayında teleseriallarla bağlı telekanal rəhbərləri, prodakşnlar və ictimaiyyət nümayəndələri ilə keçirilməsi gözlənilən görüş öncəsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq qrupu tərəfindən teleseriallarla bağlı analitik xarakterli geniş təhlili material hazırlanıb və bu istiqamətdə işlər indi də davam etdirilir”.

Hurriyyet.org xəbər verir ki, bunu report-a açıqlamasında şuranın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, analitik materialda dövlət tərəfindən milli teleserialların çəkilməsinin stimullaşdırılması istiqamətində atılan addımların nəticələri təhlil olunub: “Həmçinin sonrakı mərhələdə meydana çıxan problemlər, yol verilən nöqsanlar, onların kökləri və aradan qaldırılması yolları və s. öz əksini tapıb. Materialda eyni zamanda, hazırda yayımlanan teleserialların janr müxtəlifliyi, həftəlik ümumi yayımdakı payı kanallar üzrə təhlil olunub. Təhlillər göstərib ki, bu gün milli efir məkanımızda həftə ərzində 65 saatdan bir qədər çox teleserial yayımlanır. Bunun 25%-i komediya janrındadır. Əsas problemlər də məhz bu janrda olan seriallarda özünü göstərir. Teleserial yayımında öncüllük ATV, Xəzər TV və ARB-yə məxsusdur”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA