Həkimlərin əmək haqqı artacaq - RƏSMİ

Həkimlərin əmək haqqı artacaq - RƏSMİ

"Azərbaycanda həkimlərin əməkhaqqı gələn ildən artırılacaq”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq: "Biz bunu pilot layihə zamanı da tətbiq etmişdik. İki hissə ondan ibarətdir ki, həkimin aldığı əməkhaqqı sabit olacaq və onun göstərdiyi fəaliyyətə görə əməkhaqqına əlavələr olacaq”./apa/