Həmkəndlisini əvvəl daşla vurdu, sonra güllələdi - Amansız qətl ilə bağlı cinayət işi

Həmkəndlisini əvvəl daşla vurdu, sonra güllələdi - Amansız qətl ilə bağlı cinayət işi

Həmkəndlisini daşla, sonra isə odlu silahla güllələyərək öldürən şəxs cəzadan azad olmaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib.

Hurriyyet.org aznews.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.1, 228.1 və 317-2.1-ci maddələri ilə məhkum olunan Dukaşvili Levani Zurayeviçin məhkəmə prosesinə hakim Hafiz Kamranov sədrlik edib.

Xatırladaq ki, 2010-cu il yanvarın 30-da Qax rayonunun Qaxingiloy kənd sakini Pərviz Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evin yaxınlığında tapılması faktı üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə qətlin zərərçəkmişin həmkəndlisi Levani Dukaşvili tərəfindən törədildiyi müəyyən edilib.

O, yanvarın 30-da Pərviz Məmmədov və qeyriləri ilə birgə yeyib-içdikdən sonra, aralarında baş vermiş münaqişə zəminində sonuncunun sifətinə daşla xəsarət yetirib.

Sonra isə yaşadığı evin həyətində gizlətdiyi "TOZ-8" markalı tüfəngi götürərək hadisə yerinə qayıdıb və Pərviz Məmmədova atəş açaraq onu qəsdən öldürüb.

Cari ilin yanvarında iş üzrə ibtidai istintaq tamamlanaraq, məhkəmə baxışına təqdim edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA