Hemofiliyalı xəstələrinin sayı açıqlandı - Bakı və Sumqayıtda

Hemofiliyalı xəstələrinin sayı açıqlandı - Bakı və Sumqayıtda

Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşən Elmi - Praktiki Hemofiliya Mərkəzində 1595 xəstə dispanser qeydiyyatındadır.

Hurriyyet.org xəbər verir ki, bunu Mərkəzin rəhbəri Elmira Qədimova deyib.

2017-ci ildə 53 hemofiliyalı xəstənin ilkin qeydiyyata götürüldüyünü bildirən E. Qədimovanın sözlərinə görə, Bakı, Sumqayıt və Mərkəzi Aran regionunda hemofiliyalı xəstələrin sayı artıb: "Hemofiliyalı xəstələrin sayı Bakıda 758 nəfər, Sumqayıtda isə 77 nəfər təşkil edir.

Qeydiyyatda olan xəstələrin 21%-i isə 1-15 yaşında olanlardır".

Mərkəzin rəhbəri qeyd edib ki, bu gün 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır.

Loading...

QALEREYA